Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sarkisyan 200 illik qalanı satmaqda ittiham olunur

Cəmiyyət

Ermənistan İstintaq Komitəsi sabiq prezident Serj Sarkisyan barəsində tarixi-mədəni abidənin satışı ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb.

Cagdas.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, söhbət Gümrü şəhərində yerləşən respublika əhəmiyyətli tarixi-mədəniyyət abidəsi olan “Qara qala”dan (Sev Berd) gedir.

İstintaqın məlumatına görə, 2005-ci il mayın 11-də Serj Sarkisyan müdafiə naziri vəzifəsində çalışdığı dövrdə hökumətin müvafiq qərarı olmadan qalanı və onun istismarı üçün ayrılmış torpaq sahəsini birbaşa fiziki şəxsə satıb.

Bildirilir ki, ümumi sahəsi 626,45 kvadratmetr olan tarixi tikili və 0,7 hektar torpaq sahəsi təxminən 22,95 milyon dram qarşılığında satılıb.

İstintaq hesab edir ki, bu əməliyyat nəticəsində dövlət respublika əhəmiyyətli tarixi-mədəniyyət abidəsi üzərində mülkiyyət hüququnu itirib.

Serj Sarkisyana vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Ermənistan Prokurorluğuna göndərilib.(Modern.az )