• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.7° Weather Columbus
$
1.7
€
1.941
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib

21 İyul, 26 / 13:25
A A

Müasir Azərbaycan mediasının formalaşması və davamlı inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər milli mətbuatımızın inkişafı istiqamətində geniş islahatlar həyata keçirərək KİV üzərində senzuranı tamamilə ləğv etdi, media fəaliyyətini qanunvericiliklə tənzimləyən mühüm hüquqi bazanın formalaşdırılmasını təmin etdi. Ulu Öndərin yüksək diqqət və qayğısı sayəsində KİV-in maddi-texniki bazasının müasirləşdirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Ölkəmizdə peşəkar medianın formalaşdırılması üçün əsaslı zəmin yaradıldı. 

“Bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.

“Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbulu, 2021-ci ildə Medianın İnkişafı Agentliyinin təsis olunması ölkəmizdə medianın institusional inkişafının təmin edilməsi, peşəkar jurnalistikanın təşviqi və müasir informasiya çağırışlarına cavab verə bilən güclü media mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən sistemli və ardıcıl dövlət siyasətinin mühüm tərkib hissəsidir.
“Media haqqında” Qanunun qəbul edilməsi milli mətbuatımızın müasir tələblərə uyğun hüquqi tənzimlənməsini təmin edir. Bu qanun informasiya təhlükəsizliyi, rəqabətlilik, informasiya məkanının sağlamlaşdırılması və jurnalistika peşəsinin nüfuzunun artırılması məqsədlərinə xidmət edir.

Ölkəmizdə hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunması ölkəmizdə jurnalistikaya verilən dəyərin göstəricisidir. Bu gün jurnalistlərin sosial rifahı və peşəkar inkişafı da dövlətin diqqət mərkəzindədir. Onlar güzəştli ipoteka kreditlərindən, vergi azadolmalarından, media subyektlərinə dəstək mexanizmlərindən yararlanır, fəxri adlarla təltif olunur, müvafiq təlimlərə cəlb olunurlar.

Cəmiyyətimizin inkişafında və maariflənməsində, ictimai rəyin formalaşmasında əvəzsiz rola malik mətbuatımız bu gün yalnız informasiya daşıyıcısı deyil, həm də cəmiyyətlə dövlət arasında ünsiyyət körpüsü rolunu uğurla icra edir.

Fürsətdən istifadə edib, peşə bayramları münasibətilə bütün media mənsublarını ürəkdən təbrik edir, şərəfli və əzmkar fəaliyyətlərində onlara uğurlar diləyirəm.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

65 yaşdan sonra işləyənlərə şad xəbər: Pensiya artacaq

İyul 21, 2026
Cəmiyyət

ƏMAS-da yeni funksionallıq yaradıldı

İyul 21, 2026
Cəmiyyət

İranın 150 metr dərinlikdəki nüvə bazası Trampın HƏDƏFİNDƏ

İyul 21, 2026
Cəmiyyət

Baş nazir bəzi məktəblərə dair qaydanı təsdiqlədi

İyul 21, 2026
Cəmiyyət

Qazaxıstan Rusiyadan uzaqlaşır: Bakı yeni enerji marşrutuna çevrilir

İyul 21, 2026
Cəmiyyət

Prezident Ermənistana tranzit yüklərin göndərilməsindən danışdı

İyul 21, 2026

XƏBƏR LENTİ

65 yaşdan sonra işləyənlərə şad xəbər: Pensiya artacaq

21 İyul, 26 / 21:24

ƏMAS-da yeni funksionallıq yaradıldı

21 İyul, 26 / 21:10

İranın 150 metr dərinlikdəki nüvə bazası Trampın HƏDƏFİNDƏ

21 İyul, 26 / 20:56

Baş nazir bəzi məktəblərə dair qaydanı təsdiqlədi

21 İyul, 26 / 20:43

Qazaxıstan Rusiyadan uzaqlaşır: Bakı yeni enerji marşrutuna çevrilir

21 İyul, 26 / 20:28

Prezident Ermənistana tranzit yüklərin göndərilməsindən danışdı

21 İyul, 26 / 20:14

İranda qadınlara bu icazə verildi

21 İyul, 26 / 19:58

Əli Əsədov bu klinika ilə bağlı qərar imzaladı

21 İyul, 26 / 19:46

Süni intellekt hansı sahələrdə inkişaf etdiriləcək? – Rəsmi siyahı

21 İyul, 26 / 19:34

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi BAŞLAYIR

21 İyul, 26 / 19:20
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.