Ermənistan Prezidenti Vahan Xaçaturyan səhhətində yaranan problem səbəbindən xəstəxanaya aparılıb.
Cagdas.az xəbər verir ki, ArmLur.am nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, dövlət başçısının vəziyyəti qəfil pisləşib və o, infarktdan əvvəlki vəziyyət (preinfarkt) şübhəsi ilə İrəvandakı “Nairi” Tibb Mərkəzinə yerləşdirilib.
Məlumatda bildirilir ki, Vahan Xaçaturyan xəstəxanada zəruri tibbi müayinələrdən keçib. Müayinələr başa çatdıqdan sonra o, evə buraxılıb.
Rəsmi qurumlar hələlik prezidentin səhhəti ilə bağlı məlumatı təsdiqləməyib və ya təkzib etməyiblər.(modern.az)














