Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

Metroda gediş haqqı artırılacaq?

Cəmiyyət

Avqustun 15-dən etibarən “Bakı Metropoliteni”nin “yaşıl” və “qırmızı” xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb.

Cagdas.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlər sərnişin axınının azalmasına, bu isə öz növbəsində Bakı Metropoliteninin gəlirlərinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, yaranan mümkün maliyyə itkisini kompensasiya etmək üçün gələcəkdə metroda gediş haqqının artırılması ehtimalı ola bilər.

Bəs gediş haqqının artırılması gündəmdədirmi?

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, metroda gediş haqqının tənzimlənməsi ilə bağlı qurumun qərar qəbul etmək səlahiyyəti yoxdur.

Qeyd olunub ki, gediş haqqı üzrə tariflər Tarif (qiymət) Şurası tərəfindən deyil, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə tənzimlənir.

Xatırladaq ki, hazırda Bakı metrosunda gediş haqqı 60 qəpikdir.