Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

Cəmiyyət
Yer kürəsində yenidən G1 dərəcəli maqnit qasırğası gözlənilir. Bu təbiət hadisəsinin sentyabr ayının 9-da baş verəcəyi ehtimal olunur.

Cagdas.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Mütəxəssislərin proqnozlarına əsasən, növbəti üç gün ərzində planetimizdə zəif maqnit dalğalanmaları hiss ediləcək. Belə ki, sentyabrın 7-də vəziyyət stabil olacaq, ayın 8-dən etibarən ilkin dalğalanmalar özünü göstərəcək. Sentyabrın 9-da isə Bakı vaxtı ilə saat 13:00-da maqnit qasırğasının planetimizə təsiri başlayacaq.

Bununla belə, təqdim olunan qrafiklər qasırğanın uzunmüddətli olmayacağını göstərir. Axşam saatlarına doğru geomaqnit fonunun tamamilə normallaşacağı və aktivliyin səngiyəcəyi gözlənilir.(Oxu.az)