Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

Qafqazın ən böyük qızıl yatağı Azərbaycana milyardlar qazandıracaq

Cəmiyyət

Qafqazın ən böyük qızıl yatağı olan Söyüdlü (Zod) işlərə başlayır.

Cagdas.az xəbər verir ki, “AzerGold” QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Kəlbəcərdəki Söyüdlü (Zod) mədənində ilk qazma-partlayış əməliyyatını həyata keçirib.

Tədqiqatların nəticələrinə əsasən, yatağın çıxarıla bilən qalıq ehtiyatları 1,03 milyon unsiya qızıl həcmində qiymətləndirilib. Hazırda layihə üzrə, podratçı şirkətlər də daxil olmaqla, 236 nəfər çalışır. Onlardan 55-i Kəlbəcər rayonunda qeydiyyatda olan vətəndaşlardır.

Layihənin 2026–2029-cu illəri əhatə edən ilkin mərhələsində birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması, mədənin tam istismar mərhələsində isə bu göstəricinin 1 300 nəfəri keçməsi gözlənilir.\sfera.az\