• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.9° Weather Columbus
$
1.7
€
1.9739
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti – GÖRÜNTÜ

07 Sentyabr, 26 / 18:23
A A

Şəmkirçay su anbarında suyun daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilmiş və ümumi tutumu 164 milyon kubmetr olan Şəmkirçay su anbarı 714 400 hektar kənd təsərrüfatı ərazisinin suvarılması ilə yanaşı, qərb bölgəsində yaşayan əhalinin içməli su təchizatını da təmin edir.

Cagdas.az ADSEA-dan Modern.az-a bildirilib ki, su anbarının yaxınlığında məhsuldarlığı saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi fəaliyyət göstərir. Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi 2020-ci il martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı, 2 idarəetmə və 6 siyirtmə kamerası, inzibati və yardımçı binalar inşa edilib.

Layihəyə əsasən qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılır. Kanaldan lazımi həcmdə suyun götürülməsi üçün sugötürücü qurğu inşa edilib. Burada suda olan iri hissəciklərin tutulması üçün barmaqlıqlar, suyun idarə olunması üçün siyirtmə, eləcə də təmizləyici qurğuya ötürülən suyun həcmini ölçmək məqsədilə sərfölçən quraşdırılıb. Daşıyıcı xətlə qurğuya ötürülən su ilk olaraq zərərsizləşdirilir və süzgəclər binasının paylama kamerasına daxil olur. Burada suyun təmizlənməsi və süzülməsi məqsədilə 14 bölmədən ibarət 7 süzgəc bloku inşa edilib.

Sutəmizləyici Qurğular Kompleksinin rəisi Namiq Məmmədov bildirib ki, Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksində emal olunan su qurğuda layihələndirilmiş 7 ədəd qum süzgəcindən keçir: “Qum süzgəcinin daxili də kvars qumundan və fraksiyalardan ibarətdir. Hər bir süzgəcin süzmə qabiliyyəti saatda 800 kubmetrdir. Ümumi gücü isə saatda 5600 kubmetrdir. Emal olunan su qum süzgəcindən və təkrar zərərsizləşmədən keçərək anbarlara toplanır və tələbatçılara verilir. Süzgəclərdə 72 saatdan bir geriyuma prosesi aparılır. Proses SCADA sistemi vasitəsilə avtomatik idarə olunur. Suyun təhlükəsizliyinin təmin olunması məqsədilə kompleksdə zərərəsizləşdirmə məntəqəsi inşa edilib, burada 4 ədəd dozalama avadanlığı, 3 ədəd nasos və analizator quraşdırılıb. Suyun bulanıqlığı, qalıq xlorun miqdarı, hidrogen göstəricisi, temperatur və elektrik keçiriciliyi müəyyən olunur”.

Namiq Məmmədov SCADA sistemi haqqında ətraflı məlumat verərək bildirib ki, bu sistem vasitəsilə geriyuma prosesinə, suyun texniki parametrlərinə və eləcə də qurğunun ən əsas vacib olan enerji sisteminə nəzarət olunur: “Enerji sistemi də avtomatik sistemdir”.

Emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər reqlamentə uyğun olaraq yuyulur. Bu məqsədlə qurğuda 3 ədədi işlək və biri ehtiyat olmaqla məhsuldarlığı saatda 1500 kubmetr olan su nasosları və ümumi gücü saatda 6600 kubmetr olan 2 ədəd kompressor quraşdırılıb.

Şəmkirçay sutəmizləyici qurğusunda emal olunan suyun Gəncə şəhərinə nəqli üçün 27,5 km uzunluğunda magistral su kəməri çəkilib və şəhərdəki anbar kompleksinə qoşulub. Samux şəhərini içməli su ilə təmin etmək üçün isə Gəncə su anbarından şəhərə 10 kilometr magistral su kəməri inşa edilib. Bu kəmərdən Samux rayonunun ətraf kəndlərinin, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 17,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib. Sutəmizləyici qurğudan Gəncə, Şəmkir və Samux şəhərlərinə suyun verilməsi təmin olunub.

Bənzər Xəbərlər

Cəmiyyət

Sentyabrda 8 gün iş olmayacaq

Sentyabr 7, 2026
Cəmiyyət

Bakıda bu sənədsiz evlər söküldü – GÖRÜNTÜ

Sentyabr 7, 2026
Cəmiyyət

Bəzi ərazilərdə leysan yağır, güclü külək əsir

Sentyabr 7, 2026
Cəmiyyət

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı

Sentyabr 7, 2026
Cəmiyyət

Nazirlik şad xəbəri elan etdi: 300 manat/ha artıq ödəniləcək

Sentyabr 7, 2026
Cəmiyyət

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edildi

Sentyabr 7, 2026

XƏBƏR LENTİ

Sentyabrda 8 gün iş olmayacaq

07 Sentyabr, 26 / 18:56

Bakıda bu sənədsiz evlər söküldü – GÖRÜNTÜ

07 Sentyabr, 26 / 18:42

Bəzi ərazilərdə leysan yağır, güclü külək əsir

07 Sentyabr, 26 / 18:34

Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti – GÖRÜNTÜ

07 Sentyabr, 26 / 18:23

Putin Moskvada Paşinyanla bu məsələləri müzakirə edəcək – AÇIQLANDI

07 Sentyabr, 26 / 18:11

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı

07 Sentyabr, 26 / 17:57

Nazirlik şad xəbəri elan etdi: 300 manat/ha artıq ödəniləcək

07 Sentyabr, 26 / 17:45

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edildi

07 Sentyabr, 26 / 17:31

Sabah çimərliklərdə hava necə olacaq?

07 Sentyabr, 26 / 16:49

İpoteka Fondunun yeni sədri kimdir? – DOSYE

07 Sentyabr, 26 / 16:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.