Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

İran hər bir amerikalı ailəni 760 dollar ziyana salıb

Cəmiyyət

İranla müharibə amerikalılara 100 milyard dollara başa gəlib.

Cagdas.az “Axios”a istinadən xəbər verir ki, İranla müharibənin başlamasından – fevralın 28-dən etibarən – ABŞ-də benzin və dizel yanacağının qiymətinin artması istehlakçılara təxminən 100 milyard dollara başa gəlib.

Braun Universitetinin hesablamalarına əsasən hər bir Amerika ailəsi orta hesabla 760 dollardan çox əlavə xərc çəkib. Ümumi məbləğ isə artmaqda davam edir və təxminən hər iki dəqiqədə 1 milyon dollar yüksəlir.

Ən çox əlavə xərc Texas sakinlərinin üzərinə düşüb. Ştatda bu göstərici təxminən 11 milyard dollar təşkil edib. Kaliforniyada əlavə xərclər 8 milyard, Floridada isə 5 milyard dollar olub.

Yanacağın qiymətinin artması fonunda ABŞ-da Əmək Gününə qədər benzinin orta qiyməti bir qallon üçün rekord həddə – 4,14 dollara, dizel yanacağının qiyməti isə 5,85 dollara çatıb.\modern.az\