Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

Sentyabr ayı üçün yeni temperatur rekordu

Cəmiyyət

Fransada sentyabr ayı üzrə yeni temperatur rekordu qeydə alınıb.

Cagdas.az  xəbər verir ki, bu barədə məlumatı “Le Figaro” nəşri “Meteo-France” meteorologiya agentliyinə istinadən yayıb.

Məlumata əsasən, dünən Fransanın cənubunda yerləşən Tarn departamentində havanın hərarəti 40.3 dərəcəyə çatıb.

Bundan əvvəlki sentyabr rekordu 2022-ci ildə müşahidə edilmiş 40.2 dərəcə isti hesab olunurdu.

Hazırda Fransanın cənub və cənub-şərq bölgələrində yenidən kəskin isti hava şəraiti hökm sürür. Altı departamentdə hava şəraiti ilə əlaqədar yüksək, yəni “narıncı” təhlükə səviyyəsi elan olunub. Bu gün bəzi ərazilərdə havanın temperaturunun 39 dərəcəyə çatacağı barədə məlumatlar yayılmışdı.\modern.az\