“Barselona”dan “Balaca Messi” hərəkatı

“Barselona” “Mançester Yunayted”in 15 yaşlı futbolçusu Josep Junior Qabrielin transferində maraqlıdır.

Cagdas.az  xəbər verir ki, gənc oyunçunun özü də İngiltərə klubundan ayrılmaq niyyətindədir. “TalkSPORT” nəşrinin məlumatına görə, həm hücumçu, həm də vinger mövqeyində çıxış edən Qabriel “Balaca Messi” ləqəbi ilə tanınır. Onun ayrılmaq istəyinin “Mançester Yunayted” rəhbərliyi üçün gözlənilməz olduğu bildirilir.

Məlumata görə, futbolçu ilə bir sıra Avropa klubları maraqlanır. “Barselona”nın onun transferində əsas maraqlı tərəflərdən biri olduğu, “Çelsi”nin isə gənc oyunçunu diqqətdə saxladığı qeyd olunur.\metbuat.az\

Bənzər Xəbərlər

XƏBƏR LENTİ