• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13° Weather Columbus
$
1.7
€
1.9661
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İdman

Arda Gülər Mourinyonu etirafa məcbur etdi – 23 dəqiqə hər şeyi dəyişdi

14 Sentyabr, 26 / 13:46
A A

Arda Gülər “Real Madrid”in “Rayo Valyekano” ilə oyununda cəmi 23 dəqiqə meydanda qalmasına baxmayaraq, komandanın oyununa ciddi təsir göstərib. Türk futbolçunun çıxışı baş məşqçi Joze Mourinyonu da onun təsirini etiraf etməyə məcbur edib.

Çağdaş.Az xəbər verir ki, “Real Madrid” qarşılaşmanın ilk hissəsində üstün oyun nümayiş etdirsə də, fasilədən sonra təşəbbüsü müəyyən qədər rəqibə verib. “Rayo Valyekano”nun hücumları artdığı bir vaxtda 72-ci dəqiqədə Arda Gülər meydana daxil olub.

Türkiyəli futbolçunun oyuna qoşulması ilə Madrid təmsilçisinin hücumları yenidən canlanıb. Gülər topa nəzarət, dar sahədə hərəkət və təhlükəli ötürmələri ilə komandasının hücumlarının əsas fiqurlarından birinə çevrilib.

23 dəqiqə ərzində beş qol vəziyyəti yaradan futbolçu bunların ikisində ciddi təhlükə yaradıb. O, həmçinin beş dəfə orta cəhd edib, hücumun son üçdəbirində 12 dəqiq ötürmə verib və iki uğurlu driblinq edib. Qarşılaşmanın 90+1-ci dəqiqəsində isə komandasının dördüncü qoluna məhsuldar ötürmə ilə töhfə verib.
Matçdan sonra Joze Mourinyoya Arda Gülərin meydana daxil olmasından sonra komandanın daha yaxşı oynayıb-oynamadığı sual verilib. Portuqaliyalı mütəxəssis tərəddüd etmədən “Razıyam” cavabını verib.

Mourinyo Güləri böyük istedada malik futbolçu kimi xarakterizə edib və onun meydana daxil olduqdan sonra oyunun səviyyəsini dəyişdirdiyini bildirib. Bununla yanaşı, baş məşqçi komanda daxilindəki rəqabətə də diqqət çəkərək digər futbolçuların da öz şansını gözlədiyini vurğulayıb.

Arda Gülərin mövsümün əvvəlindən etibarən statistik göstəriciləri də diqqət çəkir. Türkiyəli yarımmüdafiəçi 24 qol vəziyyəti yaradaraq La Liqada bu göstərici üzrə liderdir. İkinci pillədə 18 vəziyyətlə “Barselona”nın futbolçusu Lamin Yamal qərarlaşıb. Gülər həmçinin altı real qol şansı yaradaraq bu kateqoriyada da çempionatın ən yaxşı göstəricisinə sahibdir. Futbolçunun başqa bir diqqətçəkən göstəricisi isə müdafiə fəaliyyətidir. O, hücumun son üçdəbirində beş dəfə top qazanıb.

Arda Gülərin artan təsiri onun klubdakı gələcəyinə dair planları da sürətləndirib. “AS”ın məlumatına görə, hazırda 2029-cu ilə qədər müqaviləsi olan futbolçu ilə yeni sözləşmə üçün danışıqlara başlanılıb. Madrid klubunun müqaviləni 2031-ci ilə qədər uzatmaq niyyətində olduğu bildirilir. Yeni anlaşmada Gülərin maaşının da artırılması gözlənilir. Klub 21 yaşlı futbolçunun gələcəkdə əsas oyunçulardan birinə çevriləcəyinə inanır.

Gülərin hazırkı bazar dəyərinin təxminən 90 milyon avro olduğu bildirilir. Maraqlıdır ki, futbolçu buna baxmayaraq “Real Madrid”də orta hesabla bir oyunda təxminən 45 dəqiqə meydanda qalır.

Lakin onun son çıxışları baş məşqçinin qarşısında yeni sual yaradıb. Arda Gülər artıq yalnız ehtiyatdan meydana daxil olaraq fərq yaradan futbolçu deyil. Onun qısa müddətdə oyunun gedişatını dəyişməsi əsas heyətdə daha çox şans qazanması məsələsini gündəmə gətirir.

“Rayo Valyekano” ilə oyundakı 23 dəqiqə də bunu bir daha göstərdi: Gülərin meydanda olması “Real Madrid”in hücum keyfiyyətini əhəmiyyətli dərəcədə artırır və Mourinyonun qarşıdakı oyunlarda onun rolunu necə müəyyənləşdirəcəyi artıq daha böyük maraq doğurur./Publika.az

 

Bənzər Xəbərlər

İdman

Futbolda yeni cəza: "Qara kart" göstəriləcək

Sentyabr 13, 2026
İdman

Azərbaycan cüdoçusu Vardanyanı məğlub edərək qızıl medal qazandı

 

Sentyabr 13, 2026
İdman

MPL: “Araz-Naxçıvan” ilə “Turan Tovuz”un Şamaxı dueli, “Zirə” “Qarabağ”a qarşı

Sentyabr 13, 2026
İdman

Klublarımızın toplam dəyəri Yamaldan ucuzdur – MÜQAYİSƏ

Sentyabr 12, 2026
İdman

Azərbaycan klublarında 148 legioner – ən çox “Qarabağ”dadır

Sentyabr 11, 2026
İdman

Premyer Liqa: V tur “İmişli” – “Neftçi” oyunu ilə start götürəcək

Sentyabr 11, 2026

XƏBƏR LENTİ

HƏKİMLƏRİN MAAŞLARINDAKI ARTIM BELƏ HESABALACAQ... - Səhiyyədə nələri dəyişəcək?

14 Sentyabr, 26 / 14:28

Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ

14 Sentyabr, 26 / 14:14

Tramp xəbərdarlıq etdi: FES faizləri aşağı salmasa...

14 Sentyabr, 26 / 14:00

Arda Gülər Mourinyonu etirafa məcbur etdi – 23 dəqiqə hər şeyi dəyişdi

14 Sentyabr, 26 / 13:46

Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?

14 Sentyabr, 26 / 13:32

Ana olmaq istəyənlərə vacib xəbərdarlıq: İldə bir dəfə bunu edin

14 Sentyabr, 26 / 13:18

Valideynlərə ŞAD XƏBƏR: Bu gündən başladı - Dövlət 350 manat ödəyəcək

14 Sentyabr, 26 / 13:04

Bu halda işdən müavinət alacaqsınız - DETALLAR

14 Sentyabr, 26 / 12:50

Coşqun və Ucalın ölümünün şok detalları: 200-300 metr aralı olublar - VİDEO

14 Sentyabr, 26 / 12:36
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)

İran prezidenti bu xəbəri rəsmən AÇIQLADI

14 Sentyabr, 26 / 12:23
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.