• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9493
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Büdcə gəlirləri artır – Maaş və müavinət də artacaqmı?

16 Sentyabr, 26 / 21:09
A A

Neftin bahalaşması və inflyasiyanın bir qədər yüksək olması hesabına dövlət büdcəsinin gəlirlərində artım müşahidə edilir. İnsanlar belə vəziyyətdə əməkhaqqı və müavinətlərin məbləğində də artımı gözləyir.

Bəs büdcənin mövcud vəziyyəti belə artımlara imkan verirmi?

Cagdas.az bildiriri ki Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, büdcə gəlirlərinin artması əməkhaqqı və müavinətlərin artırılması üçün əlavə imkan yaradır, lakin bu, belə artımların avtomatik maliyyələşdirilə biləcəyi anlamına gəlmir.

Onun sözlərinə görə, burada əsas məsələ gəlirlərin nə qədər artması ilə yanaşı, bu artımın davamlı olub-olmamasıdır:

“Neft qiymətlərinin yüksəlməsi büdcəyə əlavə gəlir gətirə bilər, lakin neft gəlirlərinin dəyişkən olması səbəbindən dövlət uzunmüddətli sosial öhdəlikləri yalnız bu amilə əsaslandırmamalıdır”.

 

Ekspert qeyd edib ki, yüksək inflyasiya əhalinin nominal gəlirlərinin real alıcılıq qabiliyyətini azaldır. O bildirdi ki, bu baxımdan əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosial cəhətdən əsaslandırıla bilər:

“Xüsusilə ərzaq və gündəlik istehlak xərclərinin daha sürətli bahalaşdığı şəraitdə nominal artım əhalinin əvvəlki gəlir səviyyəsini qorumaq baxımından mühüm rol oynayır”.

A.Nəsirli deyib ki, büdcənin imkanlarını qiymətləndirərkən yalnız gəlirlərə deyil, xərclərin strukturuna da diqqət yetirilməlidir:

“Dövlət borcu, müdafiə və təhlükəsizlik, investisiya layihələri, dövlət proqramları və digər məcburi xərclər nəzərə alınmalıdır. Əgər əlavə neft gəlirlərinin bir hissəsi davamlı xarakter daşıyırsa və büdcədə kifayət qədər fiskal ehtiyat qalırsa, sosial ödənişlərin artırılması üçün imkan daha geniş olur”.

Ekspert hesab edir ki, ən real yanaşma əməkhaqqı və sosial ödənişlərin inflyasiya qarşısında alıcılıq qabiliyyətinin qorunmasına üstünlük verməkdir:

“Artım birdəfəlik deyil, növbəti illərdə də büdcəyə ciddi yük yaratmayacaq şəkildə planlaşdırılmalıdır. Maaş və müavinətlərin artırılması ilə yanaşı, inflyasiyanın əsas səbəblərinin də aradan qaldırılması vacibdir. Əgər maaş və müavinətlər artır, amma ərzaq, xidmət və digər əsas xərclər daha sürətlə bahalaşırsa, nominal artımın əhalinin real gəlirinə təsiri məhdud qalacaq. Buna görə sosial ödənişlərin artırılması ilə yanaşı, qiymət artımının əsas mənbələrinin zəiflədilməsi daha davamlı nəticə verər”.

Bənzər Xəbərlər

Cəmiyyət

Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər

Sentyabr 17, 2026
Cəmiyyət

“Ölkədə addım atırsan, ya faiz çıxır, ya da cərimə”

Sentyabr 17, 2026
Cəmiyyət

“Roblox”da uşaqları hansı təhlükə gözləyir? – Psixoloqdan XƏBƏRDARLIQ

Sentyabr 17, 2026
Cəmiyyət

Paşinyan: həbslərdə istisnalar olmayacaq

Sentyabr 17, 2026
Cəmiyyət

Doğum azalıb, ölüm artıb

Sentyabr 17, 2026
Cəmiyyət

Uşaq evlərindən 28 gənc tələbə oldu

Sentyabr 17, 2026

XƏBƏR LENTİ

Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər

17 Sentyabr, 26 / 23:44

Hakan Çalhanoğlu imza atır – Maaşı da bəlli oldu

17 Sentyabr, 26 / 23:13

“Ölkədə addım atırsan, ya faiz çıxır, ya da cərimə”

17 Sentyabr, 26 / 23:00

“Roblox”da uşaqları hansı təhlükə gözləyir? – Psixoloqdan XƏBƏRDARLIQ

17 Sentyabr, 26 / 22:48

Paşinyan: həbslərdə istisnalar olmayacaq

17 Sentyabr, 26 / 22:07

Doğum azalıb, ölüm artıb

17 Sentyabr, 26 / 21:54

Uşaq evlərindən 28 gənc tələbə oldu

17 Sentyabr, 26 / 21:43

Baş nazirin və nazirlərin maaşı artırılır

17 Sentyabr, 26 / 21:31

Gürcüstan Avropanın Qafqaza gəlməsini istəmir

17 Sentyabr, 26 / 21:17

35-50 yaşlı hərbi vəzifəlilər təlimlərə çağırılır – RƏSMİ

17 Sentyabr, 26 / 21:01
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.