Son dəqiqə
Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası

Azərbaycanda bu təşkilatlara 120 min manat ödəniləcək – SİYAHI

Cəmiyyət
“Əsas Qrant Müsabiqəsi – 2026”nın nəticələri açıqlanıb.

Cagdas.az xəbər verir ki, Azərbaycan Elm Fondu tərəfindən elan edilmiş müsabiqənin əsas məqsədi ölkədə elmi tədqiqatların stimullaşdırılması, aktual və perspektivli elmi istiqamətlər üzrə tədqiqatların dəstəklənməsi, elmi potensialın gücləndirilməsi, həmçinin əldə olunan elmi nəticələrin praktiki tətbiq imkanlarının genişləndirilməsidir.

Müsabiqəyə ümumilikdə 192 layihə təqdim olunub. Daxil olmuş layihələrin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanıldıqdan sonra müvafiq layihələr elmi ekspertiza mərhələsinə buraxılıb.

Layihələrin qiymətləndirilməsi Azərbaycan Elm Fondunun daimi və müstəqil elmi ekspertləri tərəfindən beynəlxalq təcrübədə qəbul edilmiş “peer-review” və “merit review” prinsipləri əsasında həyata keçirilib. Qiymətləndirmə zamanı layihələrin elmi aktuallığı və yeniliyi, tədqiqat metodologiyası, gözlənilən elmi nəticələr, nəticələrin tətbiq perspektivləri, layihə komandasının elmi potensialı və digər müvafiq meyarlar nəzərə alınıb.

Ekspertizanın nəticələri əsasında Azərbaycan Elm Fondunun Müşahidə Şurasının qərarı ilə 22 layihə müsabiqənin qalibi elan edilib.

Qalib layihələrin maliyyələşdirilməsi Azərbaycan Elm Fondu tərəfindən müsabiqənin şərtlərinə və müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək.

Azərbaycan Elm Fondu qalib layihələrin rəhbərlərini və tədqiqat qruplarını təbrik edir, onlara elmi fəaliyyətlərində uğurlar arzulayır.

“Əsas Qrant Müsabiqəsi – 2026” üzrə qalib layihələrin siyahısı