Son dəqiqə
İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir Özəl investisiyalar üçün yeni vergi təşviqləri davam etdirilir Generalın qızının ev dustaqlığına prokurordan etiraz Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq – Proqnoz

Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

Cəmiyyət

Ermənistanın Sünik vilayətinin Şəki kəndinə daxil olmuş azərbaycanlı hərbçi Nəsimi Musayev barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

Cagdas.az  xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğunun məlumatında bildirilib.

Qeyd edilib ki, noyabrın 13-də Nəsimi Musayevin işi üzrə ilkin istintaq başa çatdırılıb və ittiham aktı ilə birlikdə materiallar prokurora təqdim olunub. Hazırda cinayət işi məhkəmədədir.

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar.

Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və 2 aylıq həbs qətimkan tədbiri seçilib.\modern.az\