Son dəqiqə
Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası

Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

Cəmiyyət

Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması zamanı baş verən maraqlı hadisədən danışıb.

Cagdas.az  xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı zamanı erməni silahlı qüvvələrinin Kəlbəcər və Laçından çıxarkən törətdiklərini xatırladıb.

İlham Əliyev bildirib ki, Ermənistan tərəfinə əraziləri tərk etmək üçün 2-3 həftə vaxt verilmişdi. Bu müddətdə ərazilərdə ağacların məhv edilməsi və digər dağıntılarla yanaşı, sanitar qovşaqların belə sökülərək aparılması diqqət çəkib.

“Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq”, – Prezident qeyd edib.

Xatırladaq ki, Azərbaycan ərazilərini tərk edən erməni silahlılarının köçərkən sanitar qovşağı da özləri ilə aparması dünya mediasında gündəm olmuşdu.