• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.3° Weather Columbus
$
1.7
€
1.9512
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qarabağ və Şərqi Zəngəzurda 256 yeni tarixi abidə aşkarlanıb

22 Sentyabr, 26 / 22:36
A A

Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatına alınmış tarix və mədəniyyət abidələrinin sayı 749-a çatıb. Onlardan 575-də inventarlaşdırma işləri aparılıb, 130 abidənin inventarlaşdırılması isə hələ başa çatdırılmayıb.

Cagdas.az bildiriri ki bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına götürülüb.

2020-ci il noyabrın 3-dən başlanan inventarlaşdırma işləri çərçivəsində 196-sı Şuşa şəhərində olmaqla, ümumilikdə 575 abidə araşdırılıb.

İnventarlaşdırma zamanı abidələrdə sahə tədqiqatları aparılıb, elektron xəritələr hazırlanıb, fotofiksasiya və dron çəkilişləri həyata keçirilib, arxiv sənədləri və digər mənbələr araşdırılıb.

Dövlət Xidmətindən qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan daha 130 abidənin inventarlaşdırılmasının başa çatdırılmamasının əsas səbəbi ərazilərin minalarla çirkləndirilməsidir.

Aparılan tədqiqatlar zamanı tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan 256 yeni abidə də aşkarlanaraq sənədləşdirilib. Onlardan 44-ü Nazirlər Kabinetinin 2025-ci ildə qəbul etdiyi qərarla daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan abidələrin sayı 705-dən 749-a yüksəlib.

Qalan 212 yeni aşkarlanmış abidənin də dövlət qeydiyyatına alınması istiqamətində tədbirlər görülür. Bu abidələrin dövlət mühafizəsinə götürülməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasında mərhələli şəkildə baxılır.

İşğaldan azad edilmiş ərazilərdə dünya, ölkə və yerli əhəmiyyətli abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi də davam etdirilir. İndiyədək 99 abidənin pasportlaşdırılması, 70 abidənin isə mühafizə zonasının müəyyənləşdirilməsi başa çatdırılıb.

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasına uyğun olaraq, azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması üzrə fəaliyyətin təkmilləşdirilməsi və arxeoloji tədqiqatların daha geniş aparılması nəzərdə tutulur.

Modern.az-ın abidələrdən neçəsində bərpa işlərinə başlanması və 2026–2027-ci illərdə konkret hansı abidələrin bərpasının planlaşdırılması barədə sualına cavabda dəqiq say və siyahı təqdim edilməyib.

Dövlət Xidməti yalnız Xankəndi Dövlət Dram Teatrının binasında təmir-bərpa və yenidənqurma işlərinin davam etdirildiyini bildirib.

Bənzər Xəbərlər

Cəmiyyət

Qarabağda 68 abidə tamamilə məhv edilib – RƏSMİ

Sentyabr 22, 2026
Cəmiyyət

İrandan Bakıya uçuşlar davam edir

Sentyabr 22, 2026
Cəmiyyət

Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü

Sentyabr 22, 2026
Cəmiyyət

Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

Sentyabr 22, 2026
Cəmiyyət

Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu – RƏSMİ

Sentyabr 22, 2026
Cəmiyyət

Azərbaycanın “ən məşhur pensiyaçısı” kimdir?

Sentyabr 22, 2026

XƏBƏR LENTİ

Trampın yeni Körfəz planı: Enerji infrastrukturu üçün 10 milyard dollarlıq fond təklifi

22 Sentyabr, 26 / 23:02

Messinin vida matçının biletləri neçəyədir? – Qiymətlər açıqlandı

22 Sentyabr, 26 / 22:47

Qarabağ və Şərqi Zəngəzurda 256 yeni tarixi abidə aşkarlanıb

22 Sentyabr, 26 / 22:36

Qarabağda 68 abidə tamamilə məhv edilib – RƏSMİ

22 Sentyabr, 26 / 22:23

İrandan Bakıya uçuşlar davam edir

22 Sentyabr, 26 / 22:13

Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü

22 Sentyabr, 26 / 22:01

Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

22 Sentyabr, 26 / 21:50

Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu – RƏSMİ

22 Sentyabr, 26 / 21:37

Azərbaycanın “ən məşhur pensiyaçısı” kimdir?

22 Sentyabr, 26 / 21:25

ADY-nin Astara Terminalında yük aşırılması 30% artıb

22 Sentyabr, 26 / 21:12
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.