Son dəqiqə
Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir

İrandan Bakıya uçuşlar davam edir

Cəmiyyət

İranın milli aviadaşıyıcısı “Iran Air” İstanbul, Bakı və Nəcəf istiqamətlərində uçuşların planlaşdırıldığı kimi davam etdiyini açıqlayıb.

Cagdas.az  xəbər verir ki, bununla bağlı aviaşirkətdən “Tasnim” xəbər agentliyinə bildirilib.

Şirkətdən qeyd edilib ki, indiyədək Türkiyə, Azərbaycan Respublikası və İraqın mülki aviasiya qurumlarından İstanbul, Bakı və Nəcəf istiqamətlərində uçuşların dayandırılması və ya ləğv olunması ilə bağlı heç bir rəsmi göstəriş və ya təlimat daxil olmayıb.

“Hazırkı vəziyyətə əsasən və hər hansı rəsmi bildiriş daxil olana qədər bu istiqamətlər üzrə uçuş cədvəli əvvəlki qaydada davam edəcək”, – deyə aviaşirkətin açıqlamasında bildirilib.

Qeyd edək ki,ABŞ-nin maliyyə naziri Skott Bessentin İran aviaşirkətlərinin dünya üzrə fəaliyyətinin sentyabrın 23-dən faktiki olaraq dayandırılmasının nəzərdə tutulduğunu bildirib. Bessent xəbərdarlıq edib ki, İran aviaşirkətlərinə yanacaq, eniş xidmətləri və ya aviabilet satışı təmin edən xarici şirkətlərin ABŞ dolları maliyyə sistemindən çıxarılması mümkündür.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoruna bağlı 36 quruma qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Vaşinqtonun İrana qarşı daha geniş sanksiya kampaniyası çərçivəsində daha əvvəl sanksiyaya məruz qalmayan İran aviaşirkətlərini də əhatə edib.\modern.az\