Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan “Tramp yolu” layihəsi üzrə qanun layihələrinin parlamentdə müzakirəsində hökuməti təmsil edəcək.
Cagdas.az xəbər verir ki, Ermənistan Baş nazirinin qərarı ilə Mirzoyan ABŞ və Ermənistan arasında “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası ilə bağlı qanun layihəsinin parlamentdə müzakirəsi zamanı hökumətin nümayəndəsi təyin olunub.
Bundan başqa, Ararat Mirzoyan parlamentdə “Sülh Şurasının Nizamnaməsinin ratifikasiyası haqqında” qanun layihəsinin müzakirəsində də Ermənistan hökumətinin nümayəndəsi olacaq.
Qeyd edək ki, iyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.
Sənəd mayın 26-da Marko Rubionun Ermənistana səfəri zamanı paraflanmışdı.\modern.az\
















