• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9425
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Mətbuat katibinə verilən diplomatik rütbə etiraz doğurdu – Qalmaqal

23 Sentyabr, 26 / 20:27
A A

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyana yüksək diplomatik rütbənin verilməsi ölkənin Xarici İşlər Nazirliyində müzakirələrə səbəb olub.

Cagdas.az  xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Ermənistan Prezidenti tərəfindən sentyabrın 16-da imzalanan sərəncamla 35 yaşlı Ani Badalyana “fövqəladə elçi və səlahiyyətli nazir” diplomatik rütbəsi verilib.

Eyni diplomatik rütbə Ermənistanın xarici işlər nazirinin müşaviri Hayk Darbinyan və XİN-in Avropaya inteqrasiya idarəsinin rəhbəri vəzifəsini icra edən Lena Terzikyana da verilib.

Xarici İşlər Nazirliyinin Beynəlxalq müqavilələr və hüquq departamentinin rəhbəri Nelli Saroyana isə daha yüksək diplomatik rütbə – “fövqəladə və səlahiyyətli səfir” rütbəsi verilib.

Qəzet yazır ki, XİN-in sözçüsü kimi tanınan Ani Badalyanın qanunvericiliyə əsasən yüksək diplomatik rütbələr kateqoriyasına aid olan “fövqəladə elçi və səlahiyyətli nazir” rütbəsi alması nazirlikdə birmənalı qarşılanmayıb. Hətta bəzi diplomatlarda etiraz doğurub.

Nəşrin mənbələrinin iddiasına görə, son dövrlərdə Badalyanın Ermənistan Xarici İşlər Nazirliyindəki rolu əhəmiyyətli dərəcədə genişlənib. O, yalnız rəsmi sözçü kimi deyil, həm də ölkənin xarici siyasəti ilə bağlı müxtəlif məsələlərdə fəal rol oynayır.

Ani Badalyan 2014-cü ildən Ermənistan Xarici İşlər Nazirliyi sistemində çalışır.

O, 2023-cü ilin yanvarında Avropa departamentinin Avropa İttifaqı şöbəsinin rəhbəri vəzifəsini icra edən şəxs təyin olunub. Həmin ilin martında isə Ermənistan XİN-in sözçüsü vəzifəsinə gətirilib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında Badalyan həmçinin İnformasiya və ictimai diplomatiya idarəsinin rəhbəri vəzifəsini icra edən şəxs kimi göstərilir.

Bu idarə Ermənistanın xarici siyasəti və XİN-in fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, nazir və nazir müavinlərinin iştirakı ilə mətbuat tədbirlərinin təşkili, eləcə də media ilə əlaqələrin qurulmasına cavabdehdir.

Badalyan həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ictimai tədbirləri zamanı mütəmadi olaraq onun yanında görünür. Qəzet bunu nazirliyin informasiya siyasətinə cavabdeh əməkdaş kimi fəaliyyət göstərməsi ilə əlaqələndirir.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı artıb

Sentyabr 23, 2026
Cəmiyyət

Həcc ziyarətinə qeydiyyat başlayır – Tarix və qiymət açıqlandı

Sentyabr 23, 2026
Cəmiyyət

“AzerGold”un Müşahidə Şurasının tərkibi yeniləndi

Sentyabr 23, 2026
Cəmiyyət

Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB

Sentyabr 23, 2026
Cəmiyyət

Parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Sentyabr 23, 2026
Cəmiyyət

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi”i AZCON-a verildi

Sentyabr 23, 2026

XƏBƏR LENTİ

Mətbuat katibinə verilən diplomatik rütbə etiraz doğurdu – Qalmaqal

23 Sentyabr, 26 / 20:27

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı artıb

23 Sentyabr, 26 / 19:36

Həcc ziyarətinə qeydiyyat başlayır – Tarix və qiymət açıqlandı

23 Sentyabr, 26 / 19:23

“AzerGold”un Müşahidə Şurasının tərkibi yeniləndi

23 Sentyabr, 26 / 19:07

Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB

23 Sentyabr, 26 / 18:53

Parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

23 Sentyabr, 26 / 18:40

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi”i AZCON-a verildi

23 Sentyabr, 26 / 18:26

Prezident “AzerGold”un Müşahidə Şurasının tərkibini dəyişdi

23 Sentyabr, 26 / 18:12

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi – QƏRAR

23 Sentyabr, 26 / 17:57

Gömrük rüsumlarında dəyişiklik edildi – Baş nazirdən qərar

23 Sentyabr, 26 / 17:42
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.