Son dəqiqə
İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir Özəl investisiyalar üçün yeni vergi təşviqləri davam etdirilir Generalın qızının ev dustaqlığına prokurordan etiraz Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq – Proqnoz

Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB

Cəmiyyət
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası başa çatıb.

Cagdas.az  xəbər verir ki, Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunub.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

15:11

***

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncam Penitensiar Xidmətin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində icra edilib.

Cagdas.az  xəbər verir ki, bu müəssisələrdən 4 nəfər Azərbaycan vətəndaşı azadlığa buraxılıb.

Qeyd edək ki, bu gün imzalanan əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.

14:11

***

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrasına başlanılıb.

Cagdas.az xəbər verir ki, sərəncəm Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.