Pensiyaçıların ən çox xoşbəxt olduğu ölkələr – SİYAHI

Dünyada pensiya dövrünü daha rahat və təhlükəsiz keçirən ölkələr açıqlanıb. Araşdırmada pensiyaçıların maddi vəziyyəti, səhiyyə xidmətlərinə çıxışı, həyat keyfiyyəti və pensiya sisteminin dayanıqlılığı kimi amillər nəzərə alınıb.

Cagda.az  xarici mediaya istinadən xəbər verir ki, Natixis Investment Managers tərəfindən hazırlanan 2026-cı il Qlobal Pensiya İndeksində 44 ölkə qiymətləndirilib. Siyahının ilk pilləsində 83 faiz göstərici ilə Norveç qərarlaşıb. İrlandiya 81 faizlə ikinci, Niderland və İsveçrə isə 79 faizlə növbəti yerləri tutub. Danimarka 78 faiz nəticə ilə ilk beşliyə daxil olub.

Araşdırmaya əsasən, siyahının ilk sıralarında əsasən Avropa ölkələri yer alıb. Bu ölkələrdə pensiyaçıların səhiyyə xidmətlərinə çıxışı, maddi rifahı və həyat keyfiyyəti yüksək qiymətləndirilib.

Türkiyə isə 39 faiz ümumi göstərici ilə 44 ölkə arasında 42-ci sırada qərarlaşıb. Ölkənin səhiyyə göstəricisi 55 faiz, maddi rifahı 45 faiz, həyat keyfiyyəti 32 faiz, pensiya sisteminin maliyyələşməsi üzrə göstəricisi isə 28 faiz olub.

Hesabatda Türkiyənin pensiya əvəzləmə əmsalının 96 faiz olduğu da qeyd edilib. Bu göstərici şəxsin pensiyaya çıxdıqdan sonra əvvəlki əmək gəlirinin nə qədər hissəsini pensiya şəklində qoruduğunu ifadə edir. Türkiyə bu göstəriciyə görə dünyanın ən yüksək nəticə göstərən ölkələri sırasında yer alıb.

İndeksdə Türkiyədən sonra yalnız Kolumbiya və Hindistan qərarlaşıb. Kolumbiya 35 faizlə 43-cü, Hindistan isə 9 faizlə 44-cü olub.\metbuat.az\

Bənzər Xəbərlər

XƏBƏR LENTİ