Son dəqiqə
İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir Özəl investisiyalar üçün yeni vergi təşviqləri davam etdirilir Generalın qızının ev dustaqlığına prokurordan etiraz Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq – Proqnoz

Həcc ziyarətinə qeydiyyat başlayır – Tarix və qiymət açıqlandı

Cəmiyyət

2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu sentyabrın 24-dən başlayacaq.

Cagdas.az  xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin tövsiyəsinə əsasən, bu il sənədlərin qəbulu ötən illə müqayisədə daha erkən başlayacaq.

İlkin olaraq bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti ötən il olduğu kimi 6100 ABŞ dolları müəyyən edilib. Bununla belə, qiymətin müəyyən qədər artması istisna edilmir.

V.Cahangiri bildirib ki, dünyada baş verən hadisələr, eləcə də Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən xidmət paketlərinin sayının 4-dən 3-ə endirilməsi və yeni xidmətlərin əlavə olunması qiymət artımına səbəb ola bilər:

“Həcc ziyarəti əvvəlki illərdə olduğu kimi vahid formada təşkil ediləcək və zəvvarların Səudiyyə Ərəbistanına səfəri hava nəqliyyatı ilə həyata keçiriləcək.

Sənəd qəbulu 24 sentyabr 2026-cı ildən etibarən iş günləri saat 10:00-dan 16:00-dək QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Həcc ziyarətinə getmək istəyən şəxslərdən aşağıdakı sənədlər tələb olunur:

-ümumvətəndaş pasportu (ən azı 1 il etibarlılıq müddəti olmalıdır);

-şəxsiyyət vəsiqəsinin surəti;

-5×5 santimetr ölçüdə ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda);

-sağlamlıq haqqında arayış.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin tələblərinə əsasən, sənədlərin qeydiyyatı və vizaların alınması prosesi ötən ildən daha erkən başa çatdırılmalıdır. Həcc ziyarətinə getmək niyyətində olan vətəndaşlara gecikmədən qeydiyyatdan keçməyi tövsiyə edirik”.\modern.az\