Bərdə-Ağdam yolunda üzərində “Şəhid anası” yazısı olan avtomobillə yol hərəkəti qaydalarını kobudcasına pozan şəxs məsuliyyətə cəlb edilib.
Cagdas.az xəbər verir ki, Baş DYP İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Toyota Prius” markalı, 77 BC 843 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə profilaktik tədbirlər görülməklə, yol verdiyi qayda pozuntularının aradan qaldırılması təmin edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Bərdə-Ağdam yolunda “Toyota Prius” markalı avtomobilin arxa dövlət qeydiyyat nişanının çıxarıldığı, qırmızı işıqdan keçdiyi, təhlükəli manevr etdiyi və polisin “saxla” əmrinə tabe olmadığı bildirilib. Həmin avtomobilin üzərində “Şəhid anası” sözlərinin yazılması da diqqəti cəlb edib.
















