Son dəqiqə
İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir Özəl investisiyalar üçün yeni vergi təşviqləri davam etdirilir Generalın qızının ev dustaqlığına prokurordan etiraz Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq – Proqnoz

“Haber Global”ın 8 yaşı tamam olur

Cəmiyyət

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalı bu gün şəkkiz yaşını qeyd edir.

Çağdaş.Az xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.

Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb.

Xüsusilə Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı, Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.

Referans Media kollektivi olaraq “Haber Global” telekanalını fəaliyyətə başlamasının səkkiz illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!