• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.2° Weather Columbus
$
1.7
€
1.9329
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıya girişlə bağlı mühüm YENİLİK – Pulsuz nəqliyyat qərarı…

24 Sentyabr, 26 / 10:11
A A

Xəbər verdiyimiz kimi, Bakının nəqliyyat yükünün azaldılması və sərnişinlərin metrodan daha rahat istifadə etməsi məqsədilə yeni addım atılıb. Belə ki, xətlərin ayrılması layihəsi çərçivəsində “Xocəsən” və “Avtovağzal” stansiyalarına girişin müvəqqəti olaraq ödənişsiz olmasına qərar verilib.

Bu addım şəhərin nəqliyyat yükünün və tıxacların azalmasına təsir göstərəcəkmi?

Çağdaş.Az  xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli hesab edir ki, bu qərar o istiqamətdən gələn insanların büdcəsinə qənaət etməyə imkan verəcək:

“Abşeron, Sumqayıt, Xocəsən və Xırdalan istiqamətindən, eləcə də digər ərazilərdəm gələn insanlar üçün müəyyən qədər büdcəyə qənaət etmək mümkün olacaq. Bu da öz növbəsində həmin insanların bir dəfə avtobus üçün ödəniş etməklə metro vasitəsilə şəhərin digər istiqamətlərinə rahat çatmasına şərait yaradacaq. Yəni insanların iki dəfə deyil, bir dəfə ödəniş edəcəklər”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə deyib ki, bu qərar mövcud şəbəkədə yüklərin paylanmasına təsir edəcək:

“Yəni “20 Yanvar”a yönələn sərnişinlərin “Avtovağzal” üzərindən səfərinin təşkilinə təsir göstərəcək. Digər tərəfdən, insanlar üçün alternativ bir təklif formalaşacaq. Belə ki, bu ərazidə avtomobili park edib, səfəri şəhər daxilində ictimai nəqliyyat, xüsusilə metro ilə davam etdirmək mümkün olacaq. Məsələni “Park and Ride” sisteminin ilk nümunələrindən biri kimi qiymətləndirmək olar. Bu, şəhərə avtomobillə girişin əvəzinə ictimai nəqliyyatdan istifadəni təşviq edəcək”.

Ekspertin fikrincə, Bənövşəyi xəttin “8 Noyabr” stansiyasına ekspress xətlərin də əlaqələndirilməsinə ehtiyac olacaq:

“Məsələn, Gənclikdən “8 Noyabr”a birbaşa, “28 May”dan “8 Noyabr”a birbaşa xətlərin təşkil edilməsi mümkündür. Bu, Bənövşəyi xətt üzrə əks istiqamətdə də sərnişin axınının formalaşmasına və doluluğun təmin edilməsinə imkan verəcək. Bənövşəyi xətt hazırda Xocəsən avtovağzalından keçərək “8 Noyabr” stansiyasına qədər gəlir. Bu xəttin də mövcud imkanlarından istifadə etməklə sərnişin sıxlığının təmin edilməsi və mövcud yükün bölüşdürülməsi istiqamətində ciddi töhfə vermək olar. Yəni insanlara mövcud infrastruktur daxilində alternativ formalaşar. Tıxacları keçməklə daha sürətli və komfortlu hərəkət etmək imkanı yaranar”.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Üç qardaş ölkənin hərbçiləri birgə təlimdə – şərti düşmən texnikası məhv edildi

Sentyabr 25, 2026
Cəmiyyət

Dövlət qulluğuna qəbulda müsahibə iki mərhələdən ibarət olacaq

Sentyabr 25, 2026
Cəmiyyət

Azərbaycanda 6 qanun ləğv edilir

Sentyabr 25, 2026
Cəmiyyət

Kəlbəcərdə 143 ton qızıl ehtiyatı var – Deputat

Sentyabr 25, 2026
Cəmiyyət

DİM 600-dən çox bal toplayanlara müraciət etdi

Sentyabr 25, 2026
Cəmiyyət

Bakı-Sumqayıt yoluna yeni avtobus zolağı çəkilir

Sentyabr 25, 2026

XƏBƏR LENTİ

Üç qardaş ölkənin hərbçiləri birgə təlimdə – şərti düşmən texnikası məhv edildi

25 Sentyabr, 26 / 13:17

Dövlət qulluğuna qəbulda müsahibə iki mərhələdən ibarət olacaq

25 Sentyabr, 26 / 13:03

Azərbaycanda 6 qanun ləğv edilir

25 Sentyabr, 26 / 12:50

Kəlbəcərdə 143 ton qızıl ehtiyatı var – Deputat

25 Sentyabr, 26 / 12:37

DİM 600-dən çox bal toplayanlara müraciət etdi

25 Sentyabr, 26 / 12:24

Bakı-Sumqayıt yoluna yeni avtobus zolağı çəkilir

25 Sentyabr, 26 / 12:10

Hərbçilərin pensiya güzəştləri saxlanılacaq – komitə sədri

25 Sentyabr, 26 / 11:57

Prezident təqaüdü alanların sayı açıqlandı

25 Sentyabr, 26 / 11:41

288 müəllim iş yerini dəyişir

25 Sentyabr, 26 / 11:27

Azərbaycanda kredit faizləri enə bilər

25 Sentyabr, 26 / 11:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.