Bazar, 27 sentyabr 2026
Təcili
Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir İlham Əliyev: “Bu gün 2 mühüm sənəd imzalanacaq” Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik Azərbaycan Prezidenti: “Ölkəmizdə çox yaxşı investisiya mühiti var” İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir Qaradağ rayonunda vulkan püskürüb – VİDEO Marsda qədim isti su izləri tapıldı Makron Məkkə ilə Mədinə barədə qərar verdi Paşinyanın partiyası deputatı sıralarından xaric etməyə hazırlaşır
Cəmiyyət

Makron Məkkə ilə Mədinə barədə qərar verdi

0

Fransa Səudiyyə Ərəbistanında qoşun göndərəcək.

Cagdas.az  xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron açıqlayıb. O, neft emalı zavodunun və Qırmızı dəniz sahilində yerləşən Yanbu limanında xam neftin nəqli üçün istifadə olunan boru kəmərinin müdafiəsinə kömək məqsədilə hərbçilər göndərmək niyyətindədir.

Makron bildirib ki, Parisin qərarı Səudiyyə Ərəbistanı hakimiyyəti ilə razılaşdırılıb. O, Fransanın “heç bir münaqişəyə cəlb olunmadığını” da vurğulayıb. “Wall Street Journal”ın yazdığına görə, İranla müharibənin başlamasından sonra Yanbu limanı Avropaya dizel yanacağı, xam neft və digər neft məhsullarının tədarükündə əsas qovşaqlardan birinə çevrilib.

Yanbu vasitəsilə Səudiyyə Ərəbistanı neft ixracını Hörmüz boğazından yan keçməklə həyata keçirə bilir. Fransanın hərbi kontingent göndərmək qərarı Yaxın Şərqdə enerji infrastrukturu və neft tədarük marşrutlarının təhlükəsizliyi ilə bağlı vəziyyətin gərginləşdiyi bir vaxtda açıqlanıb.

Xatırladaq ki, Yanbu limanı Mədinə şəhərindən 238 kilometr, Məkkədən isə 394 kilometr uzaqlıqdadır. \modern.az\