Son dəqiqə

Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapıldı – Rəsmi

Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (02.11.2026 – 15.11.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)Cagdas.az -a verilən məlumata görə, azad edilmiş ərazilərdə daha 152 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 1343 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1459,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.