Bu ilin yanvar-avqust aylarında Azərbaycan 205,1 milyon ABŞ dolları məbləğində 223,1 min ton meyvə-tərəvəz idxal edib.

Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 2,4 milyon dollar çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1,8%-ni təşkil edib.