Son dəqiqə
Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq Bu dövlət qulluqçularını işdən çıxarmaq mümkün olmayacaq Dövlət qulluqçuları 65 yaşdan sonra da işləyə biləcəklər – ŞƏRTLƏR Dövlət müəssisələrinin satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır
Reklam
Reklam

İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır – DTA sədri

Cəmiyyət
“İşğaldan azad olunmuş ərazilərdə yeni turizm məhsulları hazırlanır. Artıq Suqovuşan parkı ictimaiyyətin istifadəsinə verilib”.

Cagdas.az bildiriri ki bunu Ölkə.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

O qeyd edib ki, Suqovuşana kifayət qədər çox turist  gedir:

“Ondan əlavə biz Tuğ qoruğunda artıq işlərə başlamışıq. Bizə orada məhsulların yaradılması işi tapşırılıb. Bu dəqiqə də orada infrastruktur işləri gedir.

Eyni zamanda Şahbulaq qalası və ətrafında yeni turizm infrastrukturu ilə bağlı bizə tapşırıq olub. Qalanın bərpası işləri artıq demək olar ki yekunlaşıb, ərazinin turizmə, belə deyək, qazandırılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Orada ancaq tərtibat işləri qalıb. Hazırda tərtibat işləri üzərində işləyirik. Yaxın zamanda inşallah biz onu təhvil verəcəyik, hər kəs gedə bilər” – M. Ağabəyli qeyd edib.