Son dəqiqə
Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq Bu dövlət qulluqçularını işdən çıxarmaq mümkün olmayacaq Dövlət qulluqçuları 65 yaşdan sonra da işləyə biləcəklər – ŞƏRTLƏR Dövlət müəssisələrinin satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır Bakının mərkəzi avtomobillərdən “təmizlənir”
Reklam
Reklam

Rusiyadan Azərbaycana nağd pul gətirilməsinə limit qoyuldu

Cəmiyyət

Rusiyadan Azərbaycana 1 milyon rubldan ( 20 min 108 manatdan) artıq nağd rubl aparılması məhdudlaşdırılıb.
Cagdas.az xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanda əksini tapıb. Yeni qayda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə yanaşı, Azərbaycan, Tacikistan və Özbəkistana da şamil olunur. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün məhdudiyyət aparılan məbləğdən asılı olmayaraq tətbiq edilir.

Fərmanda istisna nəzərdə tutulub: fiziki şəxs hökumətin müəyyən etdiyi beynəlxalq hava limanından keçərsə və nağd rublun bank hesabından çıxarıldığını müvafiq sənədlərlə təsdiqləyərsə, 1 milyon rubldan artıq məbləğ apara bilər. Beynəlxalq daşımalar və diplomatik ehtiyaclarla bağlı hallar üçün də ayrıca istisnalar müəyyən edilib.

Qayda pozulduqda fiziki şəxsin apardığı 1 milyon rubldan artıq hissə, hüquqi şəxs və fərdi sahibkarın isə apardığı bütün nağd rubl müsadirə edilir. Fərman rəsmi dərc olunduğu gündən qüvvəyə minib.\modern.az\

1551760

1551759