Son dəqiqə
Montella Türkiyə millisindən gedərsə neçə milyon avro TƏZMİNAT ALACAQ? Bakıda kazino əməliyyatı: 5 milyonluq şəbəkə ifşa olundu Şəhid Mahmud Əhmədovun qızı Mələk məktəbəqədər hazırlıq kursuna başlayıb – FOTO / VİDEO 5 şagird məktəbdə zəhərləndi – Yenilənib Mehdiyevin gəlininin bankını əvəz edən “T-Kredit”in lisenziyası ləğv edildi Türkiyə ordusu dünyada neçəncidir? – 35 ölkənin siyahısı Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər Sabah Nizaminin bəzi ərazilərində su olmayacaq “İranla bağlı keçə bilməyəcəyimiz bir xətt var” – Paşinyan çətin vəziyyətdə Avropada virus həyəcanı: Ölənlərin sayı artır
Reklam
Reklam

“İranla bağlı keçə bilməyəcəyimiz bir xətt var” – Paşinyan çətin vəziyyətdə

Cəmiyyət

Ermənistan İranla dostluq münasibətlərini qorumaq niyyətindədir, lakin ölkənin özü üçün sanksiya təhlükəsi yarada biləcək addımlar atmayacaq.

Cagdas.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Tehrana qarşı tətbiq edilən yeni məhdudiyyətləri şərh edərkən bildirib.

“Biz sanksiyalar paketini öyrənirik. Bütün tərəfdaşlarımızla münasibətlərimizdə tam şəffafıq. Xüsusilə dost ölkələrlə münasibətlərimizin belə qalması üçün maksimum səy göstərəcəyik. Amma keçə bilməyəcəyimiz bir xətt var – Ermənistanın özünün sanksiyalara məruz qalması riski”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, belə bir risk yaranacağı təqdirdə İrəvan müvafiq qərar qəbul etməli olacaq.

Qeyd edək ki, sentyabrın 23-dən ABŞ-ın İranın aviasiya sektoruna qarşı yeni sanksiyaları qüvvəyə minib. Vaşinqton xəbərdarlıq edib ki, İran aviaşirkətlərinə xidmət göstərən hava limanları və şirkətlər ABŞ-ın dollar sistemindən kənarlaşdırılmaq riski ilə üzləşə bilər.

Bu fonda Gürcüstan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İraq da daxil olmaqla bir sıra ölkələr İran aviaşirkətlərinin təyyarələri üçün hava limanlarını bağlayıb.

Bununla belə, İran aviaşirkətləri Çin, Ermənistan, Rusiya və Türkiyəyə uçuşları davam etdirir.\modern.az\