Son dəqiqə
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı Avropada təhlükəsizlik həyəcanı: Finlandiyada deputatların evlərinə müəmmalı basqınlar Krista Payk kimdir? Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar Güclü küləklə bağlı xəbərdarlı edildi Montella Türkiyə millisindən gedərsə neçə milyon avro TƏZMİNAT ALACAQ? Bakıda kazino əməliyyatı: 5 milyonluq şəbəkə ifşa olundu Şəhid Mahmud Əhmədovun qızı Mələk məktəbəqədər hazırlıq kursuna başlayıb – FOTO / VİDEO 5 şagird məktəbdə zəhərləndi – Yenilənib Mehdiyevin gəlininin bankını əvəz edən “T-Kredit”in lisenziyası ləğv edildi
Reklam
Reklam

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 27-si ilə bağlı müraciətlərin məzmununun sülh razılaşmalarının məntiqinə uyğun olmasının vacibliyini bildirib.

Cagdas.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, belə bir müraciət yayımlansaydı, mətnində Azərbaycana qarşı ittihamların yer almaması yeni tənqidlərə səbəb olacaqdı.

“Müraciətin mətni avqustun 8-də əldə olunmuş razılaşmaların və paraflanmış sazişin məntiqindən kənara çıxmamalıdır. Bu şəkildə sülhü çox tez sıfıra endirə bilərik”, – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, ötən 30 ildə müxtəlif vaxtlarda eskalasiyalar Baş verib və insanlar həlak olub. Onun sözlərinə görə, ayrı-ayrı hadisələrdə ölənlərin yaxınları anım tədbirlərində fərqli münasibətlə üzləşdiklərini bildiriblər.

Paşinyan bunun həlli üçün vahid anım gününün müəyyənləşdirildiyini söyləyib. O, müraciətlərin, xatırlamaların və mərasimlərin həlak olanların xatirəsinə həsr edilmiş həmin gündə keçirilməli olduğunu vurğulayıb.

“Biz bütün həlak olanların xatirəsinə lazımi ehtiram göstərmişik və göstəririk. Mən onların və ailə üzvlərinin qarşısında yüzlərlə dəfə diz çökmüşəm”, – o qeyd edib.\modern.az\