Beynəlxalq Strateji Araşdırmalar İnstitutu” (IISS) aktiv hərbi qulluqçularının sayına görə ölkələrin reytinqini açıqlayıb.
Cagdas.az xəbər verir ki, siyahı yalnız aktiv hərbi personalın sayına əsasən hazırlanıb. Ehtiyat qüvvələri və hərbi heyətin digər kateqoriyaları bu göstəriciyə daxil edilməyib.
Türkiyənin aktiv hərbi qulluqçularının sayı 355 min nəfər göstərilib. Bu göstərici ilə Türkiyə 35 ölkənin yer aldığı siyahıda 13-cü pillədə qərarlaşıb.
Siyahıya 2 milyon 35 min aktiv hərbi qulluqçu ilə Çin başçılıq edir. İlk onluğu isə Vyetnam tamamlayır.
Aktiv hərbi qulluqçuların sayına görə ölkələrin siyahısı:
- Çin – 2 milyon 35 min
- Hindistan – 1 milyon 500 min
- ABŞ – 1 milyon 340 min
- Şimali Koreya – 1 milyon 280 min
- Rusiya – 1 milyon 260 min
- Ukrayna – 677 min
- Pakistan – 660 min
- İran – 610 min
- Cənubi Koreya – 450 min
- Vyetnam – 450 min
- Misir – 438 min
- Braziliya – 374 min
- Türkiyə – 355 min
- Meksika – 301 min
- Səudiyyə Ərəbistanı – 257 min
- Yaponiya – 247 min
- Fransa – 204 min
- Almaniya – 179 min
- Polşa – 173 min
- Əfqanıstan – 172 min
- İsrail – 169 min
- İtaliya – 160 min
- Böyük Britaniya – 141 min
- İspaniya – 122 min
- Argentina – 83 min
- Kanada – 62 min
- Sinqapur – 51 min
- Çexiya – 26 min
- Avstriya – 22 min
- Nikaraqua – 12 min
- İrlandiya – 9 min 500
- Estoniya – 7 min 100
- Latviya – 6 min 600
- Qayana – 3 min 400
- Salvador – 2 min 600\modern.az\


