Son dəqiqə
Etibarnamə ilə maşın sürənlərin NƏZƏRİNƏ: Artıq köhnəlmiş mexanizm… Sürücülərin nəzərinə – Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu sənəd artıq kağızla verilməyəcək – YENİLİK Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Övladlığa götürmə qaydaları dəyişdi – FƏRMAN Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə Ermənistan və İranın xarici işlər nazirləri geniş tərkibdə danışıqlar aparır Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər Ermənistanda polisləri güllələdilər: 2 yaralı Ramiz Mehdiyev məhkəməsinə onlayn qoşulacaq – Proses qapalı keçiriləcək
Reklam
Reklam

Sabah Bakıda yağış, rayonlara qar yağacaq

Cəmiyyət

Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 13-17° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.