Son dəqiqə
Etibarnamə ilə maşın sürənlərin NƏZƏRİNƏ: Artıq köhnəlmiş mexanizm… Sürücülərin nəzərinə – Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu sənəd artıq kağızla verilməyəcək – YENİLİK Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Övladlığa götürmə qaydaları dəyişdi – FƏRMAN Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə Ermənistan və İranın xarici işlər nazirləri geniş tərkibdə danışıqlar aparır Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər Ermənistanda polisləri güllələdilər: 2 yaralı Ramiz Mehdiyev məhkəməsinə onlayn qoşulacaq – Proses qapalı keçiriləcək
Reklam
Reklam

Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər

Cəmiyyət

Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının 24-cü payız sessiyasında iştirak etmək üçün oktyabrın 6-da Andorra Knyazlığının Andorra la Vella şəhərinə səfər edəcəklər.

Cagdas.az  xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Nümayəndə heyətinə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Pərvin Kərimzadə və Azay Quliyev daxildir.

Sessiya çərçivəsində deputatlar enerji suverenliyinin gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və hibrid təhdidlərdən müdafiə mövzularında müzakirələrə qatılacaqlar.

Səfər oktyabrın 10-da başa çatacaq.\modern.az\