Son dəqiqə
Bu sənəd artıq kağızla verilməyəcək – YENİLİK Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Övladlığa götürmə qaydaları dəyişdi – FƏRMAN Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə Ermənistan və İranın xarici işlər nazirləri geniş tərkibdə danışıqlar aparır Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər Ermənistanda polisləri güllələdilər: 2 yaralı Ramiz Mehdiyev məhkəməsinə onlayn qoşulacaq – Proses qapalı keçiriləcək Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü
Reklam
Reklam

Ermənistanda polisləri güllələdilər: 2 yaralı

Cəmiyyət

Ermənistanın Kotayk vilayətində patrul polis əməkdaşlarına avtomobildən odlu silahla atəş açılıb.

Cagdas.az xəbər verir ki, hadisə ilə bağlı məlumat Ermənistan Daxili İşlər Nazirliyinin 112 Operativ İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata görə, patrul əməkdaşları “Hyundai” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozduğunu müəyyən edib və ona dayanmaq siqnalı verib. Lakin sürücü polis əməkdaşlarının tələbinə tabe olmayıb.

Bundan sonra avtomobildən odlu silahla atəş açılıb. Nəticədə iki patrul polisi tibb mərkəzinə çatdırılıb.

Ermənistan DİN-in Polis mətbuat xidmətindən bildirilib ki, əməkdaşlardan biri tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.

İlkin məlumata görə, hər iki patrul polisinin həyatı üçün təhlükə yoxdur.

DİN-in müxtəlif polis xidmətlərinin koordinasiyalı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən iki nəfər və hadisədə istifadə olunan “Hyundai” markalı avtomobil müəyyən edilərək saxlanılıb.

İlkin məlumata görə, “Hyundai”də olan sürücü və sərnişin Kotayk vilayətinin sakinləridir və hadisə zamanı sərxoş vəziyyətdə olublar.

Faktla bağlı cinayət işi başlanılıb.\modern.az\

Modern.az