Son dəqiqə
Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib – FOTO İlin sonuna dək Ağdamda əhalinin sayı 20 minə çatacaq Yeni səfir İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim etdi Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək Prezident Avstriyanın Azərbaycandakı yeni səfirini qəbul etdi – FOTOLAR Ağdamın üç kəndində torpaqların əkinə verilməsi üçün işlər aparılır Ağdamdan Kəlbəcərə yeni yol çəkilir – VİDEO İbtidai təhsildə əsaslı dəyişikliklər olmasa, ali təhsildə irəliləyiş olmayacaq Bu şəxslər pulsuz hüquqi yardım alacaqlar Özəl məhkəmə ekspertləri 10 faiz vergi ödəyəcəklər
Reklam
Reklam

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Cəmiyyət

Azərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı süni intellektə əsaslanan qərar-dəstək sistemindən istifadə nəzərdə tutulur.

Cagdas.az  xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, sistem laborator və digər diaqnostik müayinələrin nəticələrini avtomatik təhlil edəcək. Göstəricilər normativlərlə müqayisə olunacaq, həmçinin bir neçə göstəricinin birgə təhlili aparılaraq ayrı-ayrılıqda nəzərdən qaça biləcək risklər müəyyənləşdiriləcək.

Süni intellekt yekun tibbi rəy verməyəcək. Sistem mümkün riskləri və normadan kənarlaşmaları həkim-ekspertin diqqətinə çatdıracaq. Hərbi xidmətə yararlılıq barədə yekun qərarı isə hərbi-həkim komissiyası qəbul edəcək.

Hazırda sistemin tətbiqi aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.

Dövlət Xidmətinin məlumatına görə, çağırışla bağlı bir sıra xidmətlər artıq “MyGov” platformasında təqdim olunur. Vətəndaşlar tibbi şəhadətləndirmənin nəticələrini, çağırışdan möhlət, azad edilmə və müvəqqəti çağırılmama barədə məlumatları, eləcə də xidmət üçün təyin olunduqları qoşun növünü platformadan öyrənə bilirlər.

İlkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız forması da ləğv edilib. Bu ilin əvvəlindən 2011-ci, sentyabr ayından isə 2009 və 2010-cu il təvəllüdlü kişi vətəndaşların ilkin hərbi qeydiyyata alınması tam elektronlaşdırılıb.

Bildirişlərin göndərilməsi, qərarların qəbulu, vətəndaşların məlumatlandırılması və tələb olunan sənədlərin alınması “MyGov” üzərindən həyata keçirilir.