Son dəqiqə
Süni intellekt beyin xərçənginə qarşı yeni ümid yaratdı Azərbaycanın “Hollivudu” adlandırılan kənd – Maraqlı faktlar Ermənistanda saxlanılan əsgərimizdən xəbər var Başqasının kartına səhvən köçürülən pulu necə geri alaq? İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi – FOTO/YENİLƏNDİ FOTO/YENİLƏNDİ Azərbaycanda məktəblərdə telefondan istifadə qadağan edilir – QƏRAR VERİLDİ 1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq Paşinyan Ermənistanın xüsusi xidmət orqanının rəis müavinini işdən qovub Xarici media Lukaşenkonun bahalı saatından yazdı 7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı
Reklam
Reklam

1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq

Cəmiyyət

Azərbaycanda 1500-dən çox şəxsin orqan və toxuma transplantasiyasına ehtiyacı var.

Cagdas.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən saytın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, həmin şəxslərin böyrək, qaraciyər, ürək, sümük iliyi və buynuz qişa transplantasiyasına ehtiyacı var.

2026-cı ilin ilk doqquz ayında beş meyit donordan götürülmüş 25-dən çox orqan və toxuma transplantasiya məqsədilə köçürülüb.

Mərkəzdən bildirilib ki, Azərbaycanda ölümündən sonra orqan və toxumalarının donorluğuna könüllü razılıq verən şəxslərin sayı 1800-ə yaxındır. Vətəndaşlar sağlıqlarında rəsmi ərizə ilə və ya onlayn qeydiyyatdan keçərək buna razılıq verə bilirlər.\modern.az\