Son dəqiqə
Reklam
Reklam

Bakıda avtobusun aşmasının anbaan görüntüləri – VİDEO

Cəmiyyət

Yağışlı havalarda yol hərəkəti qaydalarına əməl edilmədikdə qəzalar baş verir.

Cagdas.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat yayıb.

Bildirilib ki, görüntüdəki ilk qəza oktyabrın 4-ü paytaxtın Sabunçu rayonu, Aeroport şosesində, digəri isə Lökbatan qəsəbəsi ərazisində baş verib.

“Müşahidələr də onu deməyə əsas verir ki, yağışlı havalarda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri arasında sürət həddinin aşılması, asfalt örtüyünün sürüşkən olmasının nəzərə alınmaması, ara məsafəsinin gözlənilməməsi və manevretmə qaydalarının pozulması üstünlük təşkil edir”, – məlumatda qeyd olunub.