Son dəqiqə
Reklam
Reklam

Azərbaycan və Böyük Britaniya Bakıda əməkdaşlıq sənədləri imzalayacaq

Cəmiyyət

Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək.

Cagdas.az xəbər verir ki, iclasda ticarət-iqtisadi, energetika, səhiyyə, kənd təsərrüfatı, kibertəhlükəsizlik, qida təhlükəsizliyi, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması və sənədlərin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvardır.\modern.az\