Müəllimlər arasında təşkil olunan “İlin gənc müəllimi-2026” müsabiqəsində “TOP-150” müəllimin siyahısı müəyyən edilib.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bu il “TOP-150”yə seçilən müəllimlərin adları ictimaiyyətə təqdim olunur.
Cagdas.az xəbər verir ki, müsabiqə AzEdu.az Təhsil Portalı və “Azərbaycan müəllimi” qəzetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Məqsəd motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən və təhsil sahəsində fərqlənən gənc müəllimləri ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.
Qeydiyyatdan keçmiş müəllimlərin təqdim etdiyi məlumatlar təşkilatçıların müəyyən etdiyi ekspertlər qrupu tərəfindən 100 ballıq şkala əsasında qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanan “TOP-150” müəllimin adı müəyyənləşib.
Onlar arasından 50 müəllim növbəti mərhələyə keçəcək.
Final mərhələsində seçilən 10 müəllimin hər biri onlayn səsverməyə çıxarılacaq. Həm fəaliyyəti, həm də səsvermə nəticələri ilə fərqlənən müəllimlər qalib elan ediləcəklər.
Münsiflər tərəfindən 1000-dən çox müraciət içərisindən seçilən ən yaxşı 150 müəllimi təqdim edirik:
1.Eltac Əlizadə – Saatlı şəhəri Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbin Fizika müəllimi;
2. Günay Əzizova – Bakı şəhəri Nizami rayonu “Zəngi” liseyinin İngilis dili müəllimi;
3. Arzu Əliyeva – Salyan rayonu Çadırlı kənd ümumtəhsil məktəbinin direktoru və müəllimi;
4. Selnurə Mirəliyeva – Bakı şəhəri Suraxanı rayonu 87 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi;
5. Elnur Əlibəyli – Şəki rayon, Kiş kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbinin müəllimi;
6. Coşqun Sifahanov – Füzuli rayonu 26 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
7. Əsmər Mürsəlli – İsmayıllı şəhər İ.Hesənov adına 1 saylı tam orta məktəbin Təsviri incəsənət müəllimi;
8. Təranə Ağabəyova – Bakı şəhəri Sabunçu rayonu M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbinin müəllimi;
9. Sevinc Hacıyeva – Qax rayon Tasmalı kend tam orta məktəbinin Biologiya müəllimi;
10. Nərgiz Qasımova – Tovuz şəhər Adil Qasımov adına tam orta ümumtəhsil məktəbinin Fiziki tərbiyə müəllimi;
11. Yasəmən Əkbərova – Qəbələ rayon Müşfiq Murtuzov adına Tüntül kənd tam orta ümumtəhsil məktəbinin Riyaziyyat və İnformatika müəllimi;
12. Leyla Bayramova – Şəmkir şəhər Qalib Mirzəməmmədov adına tam orta məktəbinin Musiqi müəllimi;
13. Allahverdi Abdullayev – Bakı şəhəri Suraxanı rayonu 87 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
14. Ürfanə Səfərəliyeva – Şəki rayon Aşağı Layısqı kənd tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
15. Günel Vəlizadə – Bakı şəhəri Suraxanı rayonu 85 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
16. Məryəm Əzizova – Bakı şəhəri Suraxanı rayonu 87 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
17. Arzu Orucova – Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin İngilis dili müəllimi;
18. Rövşən Bəkirov – Yevlax rayon Yuxarı Bucaq kənd ümumi orta ümumtəhsil məktəbinin İngilis dili müəllimi;
19. Lalə Abdullayeva – Xaçmaz rayonu Xudat kənd ümumi orta məktəbinin Təsviri incəsənət müəllimi;
20. Günay Rüstəmli – Ağdam rayonu l Sarıcalı kənd tam orta məktəbinin Riyaziyyat və informatika müəllimi;
21. Aynurə Şirinova – Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat və informatika müəllimi;
22. Səbinə Paşayeva – Mingəçevir şəhər Natiq Qasımov adına 4 saylı tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
23. Aişə Əhmədova – Salyan rayonu R.Quliyev adına Ərəbqardaşbəyli kənd tam orta ümumtəhsil məktəbinin İngilis dili müəllimi;
24. Brilyant Allahverdiyeva – Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın İnformatika müəllimi;
25. Məhərrəm Qafarov – Salyan rayon Elxan Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi;
26. Aybəniz Bədəlova – İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi;
27. Əfsanə Teymurova – Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbinin Təsviri incəsənət müəllimi;
28. Ruhəngiz Əkbərova – Sabirabad rayonu Axtaçı-muğan kənd tam orta məktəbinin Kimya müəllimi;
29. Cəbrayıl Ağazadə – Cəlilabad şəhər 8 nömrəli texniki və humanitar fənlər təmayüllü liseyin Coğrafiya müəllimi;
30. Orxan Bayramov – Quba rayon Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin Riyaziyyat müəllimi;
31. Aysel Hüseynova – Şamaxı şəhəri S.M.Qənizadə adına 1 saylı tam orta məktəbin İnformatika müəllimi;
32. Nərgiz Həsənova – Ağcabədi rayon Hindarx qəsəbə Q.Əliyev adına 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
33. Aysel Yaqubova – Bakı şəhəri Simurq liseyinin Riyaziyyat və informatika müəllimi;
34. Günay Bağırova – Siyəzən rayon R.Abdülrəhimov adına Gil Gilçay qəsəbə tam orta ümumitəhsil məktəbində Texnologiya müəllimi;
35. Günel İsgəndərova – Bakı şəhəri 60 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi;
36. Səma Verdiyeva – Göygöl rayon Hacıməlik qəsəbə tam orta ümumtəhsil məktəbinin İngilis dili müəllimi;
37. Leyla İsmayılova – Samux rayon Hacıalılı kənd ümumi orta məktəbinin İngilis dili müəllimi;
38. Sərxan Şahverdiyev – Bakı şəhəri Sabunçu rayonu 307 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
39. Türkan Hüseynova – Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbin Kimya müəllimi;
40. Səadət Məmmədli – Azərbaycan Beynəlxalq Maarif Məktəblərində müəllim;
41. Nərmin Salmanzadə – Bakı şəhəri Sabunçu rayonu 69 nömrəli tam orta məktəbinin Texnologiya müəllimi;
42. Gülçin Bayramova – Şəmkir rayonu Sahib Əliyev adına Ağlavaşlı kənd tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi;
43. Vahidə Azayeva – Bakı şəhəri 137 saylı tam orta məktəbinin İbtidai sinif müəllimi;
44. Fəridə Fərəcli – Zərdab rayon M.Şirvanoğlu adına tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
45. Günay Musayeva – Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbinin İbtidai sinif müəllimi;
46. Güldanə Əsədova – Binəqədi rayonu, Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbin İnformatika müəllimi;
47. Taleh Cəlilov – Bakı şəhəri Sabunçu rayonu 78 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi;
48. Nəsibə Məmmədova – Sabirabad rayon Yuxarı Axtaçı kənd tam orta məktəbinin Tarix müəllimi;
49. Məhərrəm Rüstəmov – Lerik rayonu Mikayıl Qasımov adına Bibiyoni kənd tam orta məktəbinin müəllimi;
50. Gülsüm Ağayeva – Biləsuvar rayonu Ağayrı kənd ümumi orta ümumtəhsil məktəbinin Biologiya müəllimi;
51. Özləm Əmiraslanova – Bakı şəhəri “Tərəqqi” texniki-humanitar liseyinin müəllimi;
52. Könül Rzayeva – Yardımlı rayonu 3 saylı orta məktəbinin İbtidai sinif müəllimi;
53. Şəhanə Rüstəmxanlı – Bakı şəhəri 253 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi;
54. Xəyalə Sultanova – Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbinin Coğrafiya müəllimi;
55. Aygün Kərimova – Lənkəran rayon Digah kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
56. Aytac Xəlilzadə – Astara rayonu Nizami Əliyev adına Maşxan kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
57. Ramazan Məmmədov – Balakən rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın müəllimi;
58. Sitarə Nağıyeva – Bakı şəhəri Xəzər rayonu Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbinin İnformatika müəllimi;
59. Könül Nəsirli – Bakı şəhəri 206 nömrəli tam orta məktəbinin müəllimi;
60. Günay Əkbərova – Zəngilan rayon 33 nömrəli tam orta məktəbinin İngilis dili müəllimi;
61. Fatma Əhməyeva – Bakı şəhəri Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbinin müəllimi;
62. Günel Bayramova – Ağcabədi rayon Poladlı kənd tam orta məktəbinin İngilis dili müəllimi;
63.Şəfa Fərəcova – Bakı şəhəri 334 nömrəli tam orta məktəbin müəllimi;
64. Məleykə Hüseynova – Zəngilan 9 saylı tam orta məktəbinin Fizika müəllimi;
65. Rəna Abışova – Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar gimnaziyanın İnformatika müəllimi;
66. Samid Dadaşov – Lerik rayonu Hamarat kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
67. Nərgiz Abdullayeva – Bakı şəhəri 133 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
68. Aysel İsgəndərova – Müasir İnnovasiyalar liseyinin Riyaziyyat müəllimi;
69. Esmira Rzayeva – Bakı şəhəri Xətai rayon 56 saylı məktəbin Fiziki tərbiyə müəllimi;
70. Rəcəb İsmayılov – E.Əkbərov adına Göyçay şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi;
71. Nuranə Rzazadə – Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbinin Təsviri incəsənət müəllimi;
72. Günay Abdullayeva – Göyçay Peşə liseyinin İngilis dili müəllimi;
73. Fərzanə Heydərli – Bakı şəhəri Sabunçu rayonu Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
74. Günay Məmmədova – Cəlilabad rayonu Xəlilabad kənd tam orta məktəbinin Biologiya müəllimi;
75. Pərvanə Xəlilova – Abşeron Rayonu Masazır kənd 6 nömrəli tam orta ümumtəhsil məktəbinin Kimya müəllimi;
76. Aysel Kərimli – Bakı şəhər Nəsimi rayon Saleh Poladi adına 159 nömrəli tam orta ümumtəhsil məktəbinin İnformatika müəllimi;
77. Səma Yusifli – Naxçıvan ş.Culfa r.Əlincə kənd tam orta məktəbinin Fizika müəllimi;
78. Xanım Allahyarova – Saatlı rayon Ələhməd Əhmədov adına Qaracalar kənd tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
79. Jalə Musayeva – Gədəbəy rayon Arzu Qasımov adına Alnabat kənd tam orta məktəbinin İngilis dili müəllimi;
80. Nailə Zari – Gəncə şəhər, S.Vəliyev adına 34 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat-informatika müəllimi;
81. Nigar Məhərrəmli – Abşeron rayon Saray 3 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
82. Ləman Zeynalova – Bakı şəhəri 156 nömrəli tam orta məktəbinin İbtidai sinif müəllimi;
83. Aytac Sadıqova – Masazır qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin Fizika müəllimi;
84. Rüfət Məmmədov – Ağdaş rayon Cavanşir Şirinov adına Hüşün kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru;
85. Gülsüm Həmzəyeva – Bakı şəhəri Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəb Coğrafiya müəllimi;
86. Şəbnəm Hadıyeva – Genc İstedadlar Liseyinin Rus dili və ədəbiyyatı müəllimi;
87. Zümrüd Fərzəliyeva – Sabirabad Rayon İ.Məmmədov adına Azad kənd tam orta məktəbinin Musiqi müəllimi;
88. Ceyran Cəfərova – Masallı rayonu Qızılağac kənd 2 saylı tam orta ümumtəhsil məktəbinin İngilis dili müəllimi;
89. Günel Quliyeva – Bakı şəhəri Ramiz Qasımov adına 216 nömreli tam orta məktəbinin İbtidai sinif müəllimi;
90. Aysel Ramazanova – Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta ümumtəhsil məktəbinin İnformatika müəllimi;
91. Bəsdi Abbasova – Bakı şəhəri 323 nömrəli tam orta məktəbin Kimya müəllimi;
92. Elşanə Nəsirova – Sabirabad rayonu Xəlfəli kənd tam orta məktəbinin müəllimi;
93. Vüsalə Sadizadə – Bakı şəhəri 305 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
94. Əfsanə Bağırova – Bakı şəhəri 106 nömrəli ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
95. Aysel Rüstəmova – Şəmkir rayonu Ayaz Bağırov adına Qaralar kənd tam orta ümumtəhsil məktəbinin müəllimi;
96. Qumru Vəkilova – Bakı şəhəri 203 nömrəli tam orta ümumtəhsil məktəbinin Təsviri incəsənət müəllimi;
97. Selcan Məmmədzadə – İmişli rayonu Muradxanlı kənd Sahib Qarayev adına tam orta ümumtəhsil məktəbinin müəllimi;
98. Nadilə Heydərova – İsmayıllı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi;
99. Səadət Məhərrəmova – Qəbələ rayonu, Vəndam qəsəbə Hikmət Rəşidov adına 2 nömrəli ümumtəhsil məktəbi İnformatika müəllimi;
100. Ləman Əlizadə – Bakı şəhəri, Xəzər rayonu, 156 nömrəli tam orta ümumitəhsil məktəbinin İngilis dili müəllimi;
101. Elvin Məmmədov – Salyan rayon Kolanı kənd ümumi orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
102. Qədir Məmmədov – İsmayıllı rayon İstisu kənd tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi
103. Lamiyə Rəsulova – Xəzər rayonu İlqar Muradov adına 237 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
104. Günel bayramova – Bakı şəhəri Sabunçu rayonu Rixard Zorge adına 90 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim.
105. Nərmin Məmmədova – Lənkəran şəhər humanitar fənlər təmayüllü gimnaziyada Azərbaycan dili və ədəbiyyat müəllimi;
106. Akina Ağamətova – Qusar şəhəri T.İsmayılov adına 6 saylı tam orta ümumtəhsil məktəbinin Fizika müəllimi;
107. Aysel Qurbanzadə – Hacıqabul rayonu F. Kərimov adına Ələtli kənd ümumi orta ümumtəhsil məktəbində Kimya müəllimi;
108. Mehriban Alızadə – Simurq liseyində İbtidai sinif müəllimi;
109. Aygül İbrahimova- Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseyində İbtidai sinif müəllimi;
110. Kamran Əhmədov – Azərbaycan Beynəlxalq Maarif Məktəblərində Musiqi müəllimi;
111. Aynur Quliyeva – Bakı şəhəri Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar gimnaziyada İbtidai sinif müəllimi;
112. Vüsalə İbrahimzadə – Bakı şəhəri 216 saylı tam orta məktəbində İbtidai sinif müəllimi;
113. Aygün İsmayılova – Şamaxı Avropa liseyində Riyaziyyat müəllimi;
114. Zamin Allahverdiyev – İstisu kənd tam orta ümumtəhsil məktəbində Kimya və biologiya müəllimi;
115. Aysel Bayramova – Bakı şəhəri Yasamal rayonu 133 nömrəli tam orta məktəbində İbtidai sinif müəllimi;
116. Aytən Aydınova – Ucar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində Texnologiya müəllimi;
117. Şəbnəm Rəcəbova – Evrika liseyində İngilis dili müəllimi;
118. Çinarə Qədimli – Laçın rayon Düşərgə qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
119. Fatma Məmmədova – Ağcabədi rayonu Vaqif Cəfərov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbində Riyaziyyat müəllimi;
120. Zöhrə İmamverdiyeva – Bakı şəhəri 148 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;
121. Həcər Niftəliyev – Beyləqan rayonu Dayandur Əliyev adına İkinci Şahsevən kənd tam orta ümumtəhsil məktəbində İbtidai sinif müəllimi;
122. Mədinə İsrəfilova – Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
123. Günay Müslümova – Şirvan şəhər Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbində direktor müavini;
124. Elxan Məhəmmədov – Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbində Fiziki tərbiyə müəllimi;
125. Nəzrin Qasımzadə – Bakı şəhəri 322 nömrəli tam orta ümumtəhsil məktəbində Coğrafiya müəllimi;
126. Fidan Abdullayeva – Masallı rayon Banbaşı kənd Cavanşir Qasımov adına tam orta ümumtəhsil məktəbində İnformatika müəllimi;
127. Nübar Hüseynli – Sabirabad rayonu B.Ağayev adına Ulacalı kənd tam orta məktəbində İbtidai sinif müəllimi;
128. Aytən Ağalarova – Ağdam rayonu Səfərli Kənd Tam orta məktəbində İbtidai sinif müəllimi;
129. Şahanə Abuşova – Saatlı rayon Nabatkənd kənd İkram Ağayev adına tam orta məktəbdə Təsviri incəsənət müəllimi;
130. Aysel Rüstəmova – Tərtər rayon Qaradağlı kənd tam orta ümumtəhsil məktəbində İbtidai sinif müəllimi;
131. Hökümə Ağalıyeva – Şabran şəhər Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Kimya və biologiya müəllimi;
132. Reyhan Həmidova – Abil Səfərov adına 114 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim;
133. Əfsanə Qarayeva – Beyləqan rayonu Şahsevən kənd tam orta məktəbdə İngilis dili müəllimi;
134. Nuranə Kərimova – Ağdərə rayonu Suqovuşan kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
135. Pərvanə Mehdiyeva – Salyan rayonu Elxan Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbinin İngilis dili müəllimi;
136. Arzu Nəsirli – Abşeron rayon Saray qəsəbə M.Ələkbərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
137. Mehran Məcidova – Hacıqabul şəhəri Fariz Cəbrayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
138. Jalə İsrafilli – Göyçay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;
139. Röyal Mehdizadə – Gəncə şəhər 26 nömrəli Fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyinin Coğrafiya müəllimi;
140. Aytac İsgəndərli – Şəmkir şəhəri 1 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi;
141. Şahnaz Sarıyeva – Bakı şəhəri 133 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;
142. Elnarə Güləliyeva – Salyan rayonu Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor müavini;
143. Şəbnəm Cəfərli – Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta ümumitəhsil məktəbinin Biologiya müəllimi;
144. Elnurə Həbibli – Lənkəran rayon A.Əsədullayev adına Şağlaser kənd ümumi orta məktəbinin İngilis dili müəllimi;
145. Leyla Rzayeva – Göygöl rayon Keşkü kənd tam orta ümumtəhsil məktəbinin Coğrafiya müəllimi;
146. Sevinc Məmmədova – Gəncə şəhər C. Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi;
147. İlahə Hüseynova – Gəncə şəhər Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü liseyin direktor müavini;
148. Səkinə Zamanova – Şəmkir şəhər M. Füzuli adına məktəb-liseyin müəllimi;
149. Elnur İsmayilov – Gəncə şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin Tarix-coğrafiya müəllimi;
150. Gülnarə Xalıqova – Ağsu M.Mirzəməmmədov adına Aratkənd kənd tam orta məktəbinin müəllimi.


