Azərbaycanda kənd təsərrüfatı məhsullarının növü, miqdarı, keyfiyyəti və qiyməti əvvəlcədən razılaşdırılmaqla müqavilə əsasında istehsalının genişləndirilməsi nəzərdə tutulur.
Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən dinləmə formatında iclasında müzakirə olunan “Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu modeldə məhsul istehsalçısı ilə alıcı və ya sifarişçi arasında müqavilə bağlanır. Müqavilədə məhsulun növü, miqdarı, keyfiyyət göstəriciləri, qiyməti və ya qiymətin müəyyənləşdirilməsi qaydası əvvəlcədən razılaşdırılır.
Həmçinin məhsulun istehsalı və qəbulu, yəni satın alınması üzrə tərəflərin qarşılıqlı hüquq və vəzifələri müəyyən edilir.
Beləliklə, fermer məhsulu hansı şərtlərlə istehsal edəcəyini, alıcı isə hansı məhsulu və hansı şərtlərlə qəbul edəcəyini əvvəlcədən müqavilədə təsbit edə biləcək.
Müqavilə əsaslı istehsalın tətbiqi və genişləndirilməsi kənd yerlərinin aqrar inkişafı vasitələrindən biri kimi göstərilir. Məhsulların bu qaydada istehsalı və tədarükünə dair qaydaları səlahiyyətli orqan müəyyən edəcək


