Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən ölkə ərazisinə rəsmi idxal edilən dərman vasitələrinin arasında gizlədilmiş, gömrük orqanına bəyan olunmayan ümumilikdə 82 adda dərman vasitəsi aşkar edilib. Aşkar olunan dərman vasitələrinin qiymətinin 507 min manat olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.


