Son dəqiqə
Reklam
Reklam

Bakı–Ağstafa–Bakı marşrutunda əlavə qatar reysləri açılır

Cəmiyyət

Artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 10 və 11-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq.

Cagdas.az  xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, eyni zamanda, bu istiqamətdə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər də həyata keçirilir.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı–Ağstafa–Bakı sürətli sərnişin qatarı 18 mart 2023-cü ildən fəaliyyətə başlayıb.

Həmin tarixdən “Azərbaycan Dəmir Yolları” Bakı–Gəncə–Bakı sürətli qatarının marşrutunu Ağstafa stansiyasına qədər uzadıb və bununla Bakı–Ağstafa–Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişindaşımaya başlanılıb.\Modern.az\