Son dəqiqə
Yollarda duman var – Sürücülərin nəzərinə! “Səhər çağı belə bir qərar necə qəbul edildi?” – Prezidentdən CAVAB Paşinyanı Azərbaycanın məşhur rayonu ilə nə bağlayır? – Sirr açıldı Tramp göstəriş verdi: Rusiya dərhal sanksiyadan azad edildi Azərbaycan Premyer Liqası: Bu gün VII turun daha iki oyunu baş tutacaq Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb 4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib Sami Yusufun “Qarabağımsan” mahnısı 5 il sonra yayımlandı – VİDEO Pensiyalarla bağlı böyük dəyişiklik – Yeni qayda bəlli oldu
Reklam
Reklam

Pensiyalarla bağlı böyük dəyişiklik – Yeni qayda bəlli oldu

İqtisadiyyat

Gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. İqtisadçı ekspert Əli Əhmədov bu dəyişiklikdən sonra pensiyaların hesablanma qaydasını izah edib. Onun sözlərinə görə, sözügedən dəyişiklikdən sonra aylıq 1200 manat maaş alan vətəndaşın fərdi hesabına köçəcək vəsait təqribən 31 manat (5%) azalmış olacaq. Yəni əgər vətəndaşın hazırkı qüvvədə olan qanunla pensiya yaşına çatana qədər pensiya kapitalına 86 min manat yığılırdısa, dəyişiklikdən sonra bu rəqəm 76 min 500 manat olacaq. Belə olan halda, pensiya yaşına çatmış şəxsə 562 manat yox, 531 manat ödənilmiş olacaq.

Fərdi pensiya hesabına köçürülən vəsaitin payı niyə azaldılır? Bu azalma gələcəkdə hansısa formada kompensasiya edilə bilərmi?

Çağdaş.Az qeyd edir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, dövlət siyasətinin strateji məqsədi fərdi pensiya kapitalını ayrıca nəzərdən keçirmək deyil, bütün pensiya sisteminin maliyyə dayanıqlığını, sosial ədaləti və uzunmüddətli ödəniş qabiliyyətini birlikdə təmin etməkdir:

“Fərdi pensiya hesabına yönəldilən məcburi dövlət sosial sığorta haqlarının payının 90 faizdən 85 faizə endirilməsi ilk baxışda yalnız gələcək pensiya kapitalının azalması kimi görünə bilər. Lakin islahatın dövlət siyasəti baxımından əsas məntiqi pensiya sistemində fərdi sığorta prinsipi ilə sosial həmrəylik və uzunmüddətli maliyyə dayanıqlığı arasında daha optimal balansın yaradılmasıdır. 85 faizlik mexanizm nəticəsində yaranan əlavə vəsait “sosial sığorta ehtiyatı”nın gücləndirilməsinə yönəldilir. Bu ehtiyat əmək pensiyalarının minimum pensiya səviyyəsinə çatdırılması, məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlərin və sistem üzrə digər ödənişlərin dayanıqlı maliyyələşdirilməsi üçün istifadə olunur. Başqa sözlə, vəsait sosial müdafiə sistemindən çıxarılmır, fərdi hesabla ümumi sığorta fondu arasında yenidən bölüşdürülür. Burada əsas prinsip sığorta həmrəyliyidir. Yəni, pensiya sistemi yalnız “şəxs nə qədər ödəyibsə, o qədər alacaq” prinsipi ilə fəaliyyət göstərmir. Minimum pensiyanın təmin olunması, bəzi sosial risklərin maliyyələşdirilməsi və sistemin demoqrafik, məşğulluq və fiskal dəyişikliklərə davamlı olması üçün kollektiv sığorta komponenti də zəruridir”.

Deputat bildirib ki, 90 faizdən 85 faizə keçid gələcək fərdi pensiya kapitalının artım tempinə müəyyən təsir göstərəcək:

“Mətbuatda müxtəlif rəqəmlərlə əməkhaqqı üzrə hesablamalar təqdim edilir. Lakin onlar yalnız cari situasiyada ekspert modelidir və bütün vətəndaşların gələcək pensiyasının məhz həmin məbləğdə azalacağını göstərən rəsmi hesab kimi qəbul edilməməlidir. Faktiki nəticə əməkhaqqının dinamikasından, sığorta stajından, ödənilən sığorta haqlarından, indeksasiyadan və gələcək qanunvericilikdən asılı olacaq. 20-30 il sonra təqaüdə çıxacaq insanların pensiya nəticələri haqqında danışanlar 10 il bundan qabaqkı təqaüdlərin indiki halla müqayisəsinə də baxsınlar. Bəzi ekspertlərin bu məsələ ətrafında spekulyasiyalara yol verməsi düzgün addım deyil”.

A.Hüseynov qeyd edib ki, pensiya islahatı paketinin bütün elementləri əslində balanslaşdırıcı xarakter daşıyır:

“Pensiyaların və pensiya kapitalının indeksləşdirilməsində diferensial yanaşmanın tətbiqi, aşağı və orta məbləğli pensiyaların daha yüksək sosial müdafiəsi, minimum pensiyanın artırılması, ümumi sosial paketlər bu siyasətin alətləri kimi çıxış edir. Burada orta aylıq əməkhaqqına qədər olan pensiyalara indeksasiya faizinin tam tətbiq olunması da nəzərdə tutulur. Onu da nəzərə almaq lazımdır ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilib, orta pensiya 594,4 manata, yaşa görə orta pensiya isə təxminən 632 manata çatıb. Eləcə də Prezident İlham Əliyev 2027-ci ildə pensiya və sosial ödənişlərin növbəti dəfə artırılması barədə göstəriş verildiyini də açıqlayıb”.