Son dəqiqə
AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri ilin sonunda olacaq

Cəmiyyət

Azərbaycan və Ermənistan nümayəndələrinin “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində növbəti planlaşdırlan görüşü bir müddət əvvəl təxirə salınıb. Növbəti görüşün nə zaman keçiriləcəyi eləcə də görüşün harada baş tutacağı maraq doğurur.

Cagdas.az -a açıqlamasında  “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov bildirib ki, növbəti görüşün vaxtı və gündəliyi ilə bağlı hələlik konkretlik yoxdur.

O bildirib ki, “Sülh Körpüsü” çərçivəsində görüşlər keçirilməli idi. Lakin Ermənistanda Qarabağ diplomatlarının səfəri ilə bağlı verilən bəyanatlar vəziyyəti o həddə çatdırdı ki, növbəti səfəri təxirə salmaq qərarına gəldik.

“Bu, prosesin dayanması anlamına gəlmir. Növbə yenə Azərbaycan nümayəndə heyətinin Ermənistana getməsidir. Lakin səfərin tarixi və gündəliyi barədə hələlik müəyyənlik yoxdur. Bu ilin sonu və ya gələn ilin əvvəlində belə bir səfərin baş tutmasını istisna etmək olmaz” – deyə F. Məmmədov qeyd edib.\modern.az\