Son dəqiqə
AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub

Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər

Cəmiyyət

Süni intellektin tətbiqi yaxın illərdə bank əməliyyatları, dizayn və marketinq sahələrində insan əməyinə tələbatı azalda bilər.

Cagdas.az bildiriri ki  bu barədə təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb. Onun fikrincə, avtomatlaşdırmanın genişlənməsi bəzi peşələrin sıradan çıxmasına, digərlərində isə iş üsullarının dəyişməsinə gətirib çıxaracaq:

“Bir neçə ildən sonra bəzi ixtisaslara ehtiyac azalacaq. Xüsusilə bank sektorunda operatorların və əməliyyatçıların yerinə yetirdiyi işlərin, eləcə də dizayn sahəsində müəyyən tapşırıqların süni intellekt vasitəsilə icrası genişlənəcək.

Bu proses marketinqdən də yan keçməyəcək. Növbəti illərdə pedaqoji və humanitar sahələrdə də süni intellektin təsiri hiss olunacaq”.

Ekspert bildirib ki, istehsalatda avtomatlaşdırılmış sistemlərin tətbiqi də insan əməyinə ehtiyacı azaldacaq:

“Maşın və avadanlıqların idarə edilməsində süni intellektə əsaslanan sistemlərdən istifadə genişlənəcək. Nəticədə müəyyən proseslərdə əvvəllər 10–15 nəfərin gördüyü işi bir nəfər süni intellektin köməyi ilə yerinə yetirə biləcək”.

Elçin Əfəndi ixtisas seçən gənclərə texnologiya sahəsindəki dəyişiklikləri nəzərə almağı tövsiyə edib:

“İnformasiya təhlükəsizliyi, data analitikası, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi və proseslərin avtomatlaşdırılması kimi ixtisaslara diqqət yetirmək lazımdır. Gənclər gələcəkdə ölkəmizdə yaradılacaq yeni ixtisaslarla da maraqlanmalıdırlar. Bu istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnmək onların əmək bazarında iş tapmaq imkanlarını artıra bilər