Son dəqiqə
AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub

Kirayə qalanlarla bağlı QAYDALAR AÇIQLANDI – Dövlətə bu qədər ÖDƏYƏCƏKLƏR

Cəmiyyət

Kirayə müqaviləsi ilə yaşayış sahəsində qalan vətəndaşlar üçün vergi öhdəlikləri və müqavilənin notariat qaydasında təsdiqi ilə bağlı ödənişlərin məbləği açıqlanıb.

Cagdas.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri bu qaydadan istisnadır.

Kirayə haqqını ödəyən şəxs vergi orqanında uçotda olduqda, o, verginin tutulmasını təmin etməli, məbləği gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və müvafiq bəyannaməni vergi orqanına təqdim etməlidir.

Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə kirayəyə verən fiziki şəxs özü və ya təyin etdiyi vergi agenti vergi orqanında uçota alınaraq VÖEN əldə etməlidir. Bu halda gəlirdən 10 faiz dərəcə ilə vergi hesablanmalı, gəlir vergisi bəyannaməsi hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq təqdim edilməli və hesablanmış vergi həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.

Bildirilib ki, yaşayış sahəsinin kirayəyə verilməsi ilə bağlı müqavilənin notariat qaydasında təsdiqi üçün dövlət rüsumu 35 manat, xidmət haqqı isə 5,25 manat təşkil edir. Beləliklə, müqavilənin təsdiqi üçün ümumi ödəniş 40,25 manatdır.\referans media\