Son dəqiqə
AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub

87 yaşlı atasını müdir təyin etdi – Naxçıvan səhiyyəsində ŞOK – FOTO

Cəmiyyət

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətindən, mövcud neqativ hallardan mediada dəfələrlə faktlara əsaslanan yazılar dərc olunub.

Səhiyyənin sabiq rəhbəri Samiq Sadıxov işdən azad olunandan sonra bölgə əhalisində azca da olsa ümid işığı yaranmışdı, lakin növbəti rəhbərliyin dövründə də problemlər dərinləşməkdə davam edir. Xüsusilə Culfa Regional Tibb Mərkəzi publik hüquqi şəxsinin fəaliyyətində baş verən özbaşınalıqlara və ağır korrupsiya faktlarına diqqət çəkilir.

Cagdas.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, Culfa Regional Tibb Mərkəzi PHŞ-in direktoru Zaur Səftər oğlu Həsənovun qanunazidd əməli ilə bağlı redaksiyamıza şok məlumatlar daxil olub. Belə ki, direktor öz doğmaca 87 yaşlı atasını tabeçiliyində olan Əbrəqunus Ailə Sağlamlıq Mərkəzinə bölmə müdiri təyin edib. Bu təyinat “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7.1-ci maddəsinin tələblərini – yaxın qohumların bilavasitə tabelik münasibətində işləməsinə qoyulan məhdudiyyəti kobud şəkildə pozur. Batmağa və korrupsiyada boğulmağa davam edən Naxçıvan səhiyyəsi. » Qaynarxett.media

Zaur Həsənovun qanunsuzluqları bununla bitmir. Məlumatda bildirilir ki, mərkəzin direktoru vətəndaşların sağlamlığı üçün dövlət tərəfindən ayrılan tibbi ləvazimatları mənimsəyir. Yaranan çatışmazlıqları və mənimsədiklərini ört-basdır etmək üçün isə tabeçiliyində olan xəstəxana işçilərinə pul yığdıraraq məcburi şəkildə dərman aldırır. İşçilər bu özbaşınalıqlara haqlı olaraq etiraz etsələr də, direktorun hədə-qorxuları ilə üzləşirlər.

Ən təhlükəli məqamlardan biri də xəstəxana işçilərinin iddialarına görə, direktor Zaur Həsənovun ağır dozada psixatrop dərmanlar qəbul etməsi və bu halda işə gəlməsidir ki, bu da həm kollektiv, həm də yerli əhali üçün real təhlükə yaradır. Lakin Naxçıvan Səhiyyə Nazirliyinin rəhbərliyi nədənsə bu qanunsuzluqlara, eləcə də korrupsiya faktlarına göz yumur.

Qeyd olunur ki, Zaur Həsənov Naxçıvan səhiyyəsini böhrana sürükləmiş sabiq nazir Samiq Sadıxovun yaxın qohumudur və məhz onun dövründə bu vəzifəyə təmtaraqla gətirilib.

Hüquq-mühafizə orqanlarının və Ali rəhbərliyin məlumatlandırılması üçün araşdırmalarımızı davam etdiririk.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.