Son dəqiqə
Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO

Gürcüstandan Azərbaycana yeni yol çəkiləcək

Cəmiyyət

Gürcüstanda Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsindən Azərbaycan sərhədindəki “Qırmızı körpü” və Ermənistan sərhədindəki “Sadaxlı” məntəqələrinədək fasiləsiz dördzolaqlı avtomagistralın tikintisi planlaşdırılır.

Cagdas.az Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, həmin istiqamətlər üzrə dördzolaqlı magistralın 2030-cu ilədək hazır olması nəzərdə tutulur. Ölkədə bütün avtomagistralların tikintisinin isə 2031-ci ilin sonunadək tamamlanması hədəflənir.

Kobaxidze qeyd edib ki, magistral Tbilisidən yan keçəcək. Bu, sərhəd məntəqələri arasında nəqliyyat əlaqəsini asanlaşdırmaqla yanaşı, paytaxtda nəqliyyat yükünü də azaldacaq.\modern.az\